"Anti-Azərbaycan qüvvələr gənc Heydər Əliyevdən qorxur"
«Avropadakı anti-Azərbaycan qüvvələr gənc Heydər Əliyevin tələbəlik fəaliyyətini, şeirlərini izləyirlər. Nədəncə gənc Heydər Əliyevdən qorxurlar. Çünki qorxurlar ki, 20 ildən sonra Azərbaycanda Heydər Əliyev kimi tərbiyəli və savadlı gənc böyüyür». Yeni Müsavat qəzeti yazır ki, bunu parlamentin sentybarın 14-dəki iclasında Yevda Avramov deyib.
Yevda Avramov onu da deyib ki, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr 2003-cü ildə prezident seçilən İlham Əliyevin 6, maksimum 11 aydan sonra hakimiyyətdən gedəcəyini proqnozlaşdırırmış.
«...həbs nədir, öldürə də bilərlər»
Bunu strateq.az saytına müsahibəsində AXCP sədri Əli Kərimli deyib.
«Hökumət başa düşür ki, mən həbsdə də onlara indikindən artıq başağrısı olaram. Ona görə də əgər bu qərarı indiyədək verə bilməyiblərsə, onu fikirləşirlər yəqin ki... Yoxsa başqa vaxt həbs nədir, öldürə də bilərlər. Amma onu da fikirləşirlər ki, öldürərlər, sonra da məsələ tribunallıq olar. Axı söhbət dünyanın tanıdığı adamdan gedir, prinsip etibarilə. Ona görə də özləri indi ölçüb-biçəcəklər. Mən həbs olunmamaq üçün heç nə eləmirəm, önəmli olan budur. Qərar artıq özlərinə bağlıdır».
"Dostluq etmək istəmirsinizsə, biz də etmirik"
"Avropa Parlamentin qərarı siyasi qərardır. Ona görə də buna siyasi də cavab verilir. Cavabın məğzi budur ki, dostluq etmək istmirsinizsə, biz də dostluq etmirik, ancaq hələ tapşırıq veririk ki, necə dostluq eləməməyimizi müəyyənləşdirək"
Milli Məclisin Avropa parlamentinin Azərbaycan qətnaməsinə cavabını millət vəkili, Böyük Quruluş Partiyasının lideri Fazil Mustafa AzadlıqLive-a belə şərh edir.
Bəs necə dostluq etməməyin yolu varmı? - Fazil Mustafanın fikrincə, Avropa Birliyi ölkələri ilə ikitərəfli əlaqələr, təcrübə göstərir ki, daha səmərəlidir.
Millət vəkili deyir ki, qətnaməyə cavab isə mütləq verilməli idi.
Müzakirə və qərar barədə isə o, deyir ki, Milli Məclisdə müzakirələrdə sərt fikirlər səsləndi, ancaq yekun qərar o səslənən fikirlərdən yumşaq oldu. Çünki Azərbaycan Avropa ilə əməkdaşlıqdan imtina etmir.