Gələn ilin büdcə layihəsində 1 barrel neft 50 dollardan götürülür
Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrdə neftin bir barreli 50 dollardan götürülür. Bunu APA Economicsə Maliyyə nazirliyindən bildiriblər. Manatın məzənnəsi isə 1 dollara 1,05 manat götürülür.
Tenge 8,5 faiz düşdü
Qazaxıstanda milli valyuta olan tenge cümə günündən bəri dollara nisbətdə 8,5 faiz düşüb.
"Novosti Kazakhstan" agentliyi bildirir ki, cümə günü Qazaxıstan Fond Birjası (KASE) bağlanada 1 dollar 252 tenge idi, bazar ertəsi birja açılanda 1 dollar 273 tenge olub.
Misirdə terrorçu ilə xarici turisti səhv salıblar
Misirdə təhlükəsizlik qüvvələri antiterror əməliyyatı zamanı tursitlərlə terrorçuları səhv salıb. 12 nəfgər öldürülüb. Ölənlər arasında meksikalı turistlər var.Misir rəsmilərinin bəyanatına görə, sentyabrın 13-də 4 maşınla səyahət edən turistlər Qərbi Səhranın Vahat adlanan sahəsində qadağan olunmuş əraziyə daxil olublar. Onlar burda hərbi polis və silahlı qüvvələrin birgə əməliyyat zamanı "səhvən vurulublar".Yaralanmış daha 10 meksikalı və misirlilər yerli xəstəxanalara yerləşdirilib.Meksika Prezidenti Enrique Pena Nieto hadisəni pisləyərək, Misir hökumətindən "ətraflı araşdırma tələb edib".
Rövnəq Abdullayev: "benzinin qiyməti gündəmdə deyil"
SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, "Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb. Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur". Bunu Apa Economics xəbər verir.
SOCAR prezidenti deyib ki, ölkəyə xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinin həcmi olduqca azdır. "Bu rəqəm o qədər azdır ki, 7 ay bundan öncə ölkəyə gətirilən 25 min ton Aİ-95 markalı benzin indiyə qədər satılmayıb. Aİ-95 markalı benzini biz özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıq. Biz bu növ yanacağın istehsalını saxlayıb xaricdən gətirməyə başlayanda, hər kəs Aİ-92 benzinini istifadə etməyə başladı. Bu gün Aİ-95 markalı benzinin istifadəsi ildə 25 min ton səviyyəsinə gəlib çıxıb. Bu yanacağın istehlakı 4 dəfə azalıb və bu onu göstərir ki, insanlar artıq Aİ-95 benzinin istehlak etmirlər", - deyə o qeyd edib.