Noyabrın 7-dək ölkə ərazisində 50 min 416 ton pambıq tədarük olunub.
Bu haqda Dövlət Statistika Komitəsinin operativ bilgilərində qeyd edilir.
Komitənin rəqəmlərinə görə, əvvəlki illə müqayisədə pambıq tədarükü 1,7 dəfə artıb. 2015-ci ilin 10 noyabr tarixinədək 29 min 955 ton pambıq yığılmışdı.
Buna da bax: İcra başçısı pambıq yığdı
Pambıq yığımında Saatlı rayonu liderdir. Bu rayon noyabrın 7-dək 7 460 ton pambıq tədarük edə bilib.
İkinci yerdə Sabirabad (5 247 ton), üçüncü pillədə isə Biləsuvar rayonu (4 818 ton) gəlir.
Yağışa rəgmən 1 həftəyə 6 min ton toplanıb?
Statistika Komitəsinin bilgilərindən belə anlaşılır ki, yağmurlu keçən son bir həftədə 6 min tondan artıq pambıq yığılıb.
Buna da bax: Ötənilkindən 70% çox – 38,8 min ton pambıq yığılıb
Komitənin oktyabrın 31-dək olan statistik bilgilərində 44 min 83 ton pambıq yığıldığı bildirilirdi.
Pambıq tədarükü Azərbaycanda 2016-cı ilin əsas müzakirə mövzularından birinə çevrilib. Hökumət neft gəlirlərinin azalması fonunda pambıqçılığın inkişaf etdirilməsinin ölkəyə zəruri vəsait gətirə biləcəyini güman edir.
Ölkə KİV-lərində yayılan xəbərlərə görə, bu il pambıq yığımına müəllimlər, həkimlər, mədəniyyət işçiləri və ASAN xidmətin əməkdaşları da cəlb edilib. Hüquqşünaslar bunu ölkə qanunvericiliyinin pozulması kimi dəyərləndirirlər.
Buna da bax: Nazirlik: 'Sovet dövrü deyil ki... onları məcbur edən yoxdur, özləri gedirlər'
Siyasi təhlilçilər görə, isə bu Azərbaycanın sovet dövrünə qayıtmasının göstəricisi sayıla bilər. Sovetlər dövründə, hətta 4-cü sinifdən yuxarı məktəbliləri belə pambıq, üzüm yığımına aparırdılar. İndi də azyaşlı məktəblərin pambıq yığımına ailələrinin icazəsi ilə cəlb edildiyi bildirilir. Az yaşlı məktəblilər gün ərazində 50-60 qəpiklik pambıq yığa bilirlər. Yığılan bir kq pambığa görə, 10 qəpik verilir.