Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:54

Özəlləşdirmədə 26 ildə dəyişən, dəyişməyən...


Özəlləşdirmə çekləri daha işə yaramayacaq
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Özəlləşdirmə çekləri daha işə yaramayacaq

Oktyabrın 29-da Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda dövlət müəssisələrini özəlləşdirmə prosesi 1995-ci ildən başlayıb. Bütünlükdə özəlləşdirmənin dövlətə, biznesə nə kimi faydası olub? Onları kim özəlləşdirib? Daha hansı iri dövlət müəssisələri özəlləşdirilə bilər?

Prezident: "İslahatlar aparılmalıdır"

Ötən ilin avqustunda Prezident İlham Əliyev bildirib ki, özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır: "Həm özəl, həm də xarici şirkətləri maraqlandırmalıyıq. Biz xarici və yerli investorlara biznes-plan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir".

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Turan"a bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib: "Hərraclarda 192 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, ikisi yarımçıq tikili, 145-i nəqliyyat vasitəsidir".

Qurumdan qeyd olunub ki, doqquz ayda investisiya müsabiqəsi vasitəsilə də iki dövlət əmlakı özəlləşdirilib. Xidmətdən bildirilib ki, bu dövrdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58.02 milyon manat təşkil edib və doqquz aylıq proqnoz 78.1 faiz icra edilib.

N.Cəfərli
N.Cəfərli

"Kommunist direktorlar önə çıxdılar"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda özəlləşdirmə prosesi hələ normal qaydada aparılmayıb: "1990-cı illərə aid ilkin özəlləşdirmə çeklər vasitəsilə çox ciddi pozuntularla aparıldı. O zaman, əsasən, zavodların keçmiş kommunist direktorları özəlləşdirmədə önə çıxdılar".

O deyir ki, həmin özəlləşdirmənin əsas səbəbi zavodların, fabriklərin yerləşdiyi torpaq sahəsi idi: "Çünki torpaq müəssisələrin avadanlığından, istehsal etdiyi məhsuldan daha qiymətli hala gəldi. Özəlləşdirilən zavodlar fəaliyyət göstərmədilər, şəhərin mərkəzində olanlar isə dağıdıldı. Nəticə etibarilə də, birinci özəlləşmə dalğasının ölkəyə ciddi xeyri olmadı".

"...İnvestorların cəlb edilməsinə inam çox azdır"

İqtisadçı qeyd edib ki, hazırda baş verən özəlləşdirmənin əsas hədəfi dövlət büdcəsinə yük olan dövlət müəssisələrini özəlləşdirmə yolu ilə dotasiyadan ayırmaqdır: "Amma hələ də ciddi qurumların və gələcəkdə iqtisadiyyatda mühüm rol oynaya biləcək müəssisələrin özəlləşdirilməsindən söhbət getmir. Özəlləşdirməyə açılan, əsasən, çalışmayan və zərərlə işləyən müəssisələrdir. Ora investorların cəlb edilməsinə inam çox azdır".

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda dövlət müəssisələri almaq üçün rəsmi milyonçu da yoxdur: "Dövlət müəssisələrini çox vaxtlar ya açıq, ya da qapalı səhmdar cəmiyyətləri alırlar. Onların çoxunun heç nizamnamə kapitalı da çox böyük deyil".

O hesab edir ki, məmur kapitalının bir hissəsinin mülkiyyətin əl dəyişdirməsinə yönəldilməsinə ciddi şübhələr var.

Pambıqçılığın inkişafı: kəndli pul qazanmaq əvəzinə, borclanıb
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

Xatırlatma

2016-cı il iyulun 19-da Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Bundan sonra ölkədə özəlləşdirmənin növbəti mərhələsinə start verilib.

Dövlət əmlakının özəlləşdirilməsi barədə birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının təsdiqi haqqında" Fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir. Son beş ildə də əlavə bir sıra dövlət müəssisələri özəlləşdirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG