Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Bəzi banklar özəlləşdirilə bilər


ABB
ABB

Prezident İlham Əliyevin sentyabrın 22-də imzaladığı sərəncam ilə üç maliyyə qurumu - Azərbaycan Beynəlxalq Bankı, "Azər Türk Bank" və "Azərsığorta" İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Azərbaycan İnvestisiya Holdinqi 2020-ci ilin avqustunda yaradılandan sonra bir sıra dövlət qurumları (Dövlət Neft Şirkəti daxil) onun idarəetməsinə keçib.

Dövlət ABB-nin yükünü götürüb

Bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankın (ABB) zərərli aktivləri milyardlarla ölçülürdü. 2017-ci ildə ABB-nin 9.93 milyard manat dəyərində toksik aktivini dövlət alıb, likvidlik dəstəyinin göstərilməsi üçün ona 1.3 milyard dollar və 70 milyon manat həcmində depozit yerləşdirib.

ABB 2020-ci ili böyük mənfəətlə başa vurduğunu açıqlayıb. Bankın hesabatına görə, qurum ötən il 129 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Dövlət bankı "Azər Türk Bank"a gəlincə, bu il iyulun 1-nə onun aktivləri 335.4 milyon manat olub. İkinci rübdə bank 448 min manat xalis mənfəət əldə edib ki, bu da ötənilki göstəriciyə nisbətən çoxdur.

Məsələyə, hələlik, sözügedən maliyyə qurumlarından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, Azərbaycan Beynəlxalq Bankında vaxtilə çox ciddi problemlər olub: "O vaxt dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı ki, ayağa qalxsın, sonra çıxardaq satışa. Amma keçən bu dövr ərzində Beynəlxalq Bankın fəaliyyəti buna imkan vermirdi".

"İnvestisiya Holdinqi yəqin ki…"

Komitə üzvünün fikrincə, buna görə bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: "İnvestisiya Holdinqi, yəqin ki, özəlləşmə məsələsinə də baxacaq. Bu, özəlləşmə məsələsi İnvestisiya Holdinqinə verilmiş digər maliyyə qurumlarına da aiddir".

Banklar yenə borca düşdüklərini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

İqtisadçı Natiq Cəfərlinin isə AzadlıqRadiosuna xatırlamasına görə, bir müddət əvvəl deyilib ki, bir plan hazırlanıb və ona uyğun olaraq dövlət aktivləri hissə-hissə İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək: "Bundan öncə də biz bəzi dövlət şirkətləri ilə bağlı buna bənzər qərarları gördük. Təəssüf ki, bu qərarların icrasının hansı dəyişikliklərə yol açdığını görmədik. Bununla bağlı hökumətin açıqlaması yoxdur".

Bununla belə o qeyd edib ki, sözügedən üç maliyyə qurumunun idarəetməsinin İnvestisiya Holdinqinə verilməsi gözlənilən idi: "Çünki bütün dövlət aktivləri gec-tez həmin Holdinqə veriləcək. Amma dövlətin bu aktivləri son vaxtlar gəlirlə işləyən aktivlərdir. Düzdür, Beynəlxalq Bankda çox ciddi yeyintilər baş verdi. Lakin dövlət bəzi tədbirləri görərək bankın balansını xeyli təmizlədi və hazırda müsbət tendensiya var".

"…Səhmlərinin satışa çıxarılması mümkündür"

Onun fikrincə də, bunun əsas hədəflərdən biri həmin bankların ya qismən, ya da tam özəlləşməyə çıxarılması ilə bağlıdır: "Bu ilin sonu və ya gələn ilin əvvəllərində ABB-də və "Azər Türk Bank"da olan dövlət səhmlərinin satışa çıxarılması mümkündür. Bir çox beynəlxalq qurumların da buna marağı var".

Məsələyə, hələlik, hökumət rəsmilərindən, Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Hansı hallarda bank mülkünüzü əlinizdən ala bilməz
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Xatırlatma

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbs olunub. O, əvvəlcə mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamı ilə 15 il həbs cəzası almışdı. Sonra ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə 16 il 6 ay azadlıqdan məhrum edilib. C.Hacıyev ikinci dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatı mənimsəmədə təqsirli bilinib. O, ittihamları qəbul etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG