Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:54

Özbəkistanda keçmiş siyasi məhbuslar azad olunsa belə...


Özbəkistanın Zangiota rayonunda (Daşkənd) yeni təcridxanalar.

Özbəkistan hökuməti 14 illik həbsdən sonra 2014-cü ildə azadlığa çıxan keçmiş siyasi məbus Mamadali Mahmudova çıxış vizası vermir. 25 il həbsdə olmuş siyasi məhbus Samandar Kukanov-unsa hətta ölkə daxilində sərbəst hərəkəti məhdudlaşdırılıb. 18 illik məhbus həyatından sonra ötən ay azadlığa çıxmış Muhammad Bekzhan-a hələ də Özbəkistan pasportu verilməyib.

“NƏ VİZA VERİRLƏR, NƏ DƏ İMTİNA EDİRLƏR”

Ötən əsrin 80-90-cı illərində Evril Turon adı ilə məşhur olan özbək yazıçısı Mamadali Mahmudov bu ilin iyununda Çexiyaya yaradıcılıq ezamiyyətinə dəvət edilib.

Buna da bax:​ 'Özbək mafiyasının bossu' vəzifə başına gətirildi

Yazıçı, özbək dissident Mamadali Makhmudov
Yazıçı, özbək dissident Mamadali Makhmudov

O, AzadlıqRadiosu-nun özbək xidmətinə bildirib ki, iyunda çıxış vizası almaqdan ötrü müraciət etməsinə baxmayaraq, hələ də cavab ala bilməyib.

"Onlar mənə nə viza verirlər, nə də viza verməkdən imtina edirlər. Mən Praqada işləməyə təqaüd almışam. Orada kitab yazmalı idim. Ancaq hökumət ölkədən çıxmağıma icazə vermir", – Mamadali Mahmudov deyir.

Mamadali Mahmudov 1999-cu il fevralın 16-da Daşkənddə baş vermiş partlayışlarla bağlılıqda suçlanaraq həbs edilmişdi. Ancaq yazıçı bütün ittihamları rədd etmişdi.

“ALLAHA ŞÜKR EDİRƏM”

72 yaşlı keçmiş siyasi məhbus Samandar Kukanov-sa Daşkənddən çıxmamaq haqqında sənəd imzaladığından ölkənin digər bölgələrinə gedə bilmir.

Buna da bax: Özbəkistanda yüksək qonorarın cəzası varmış

72 yaşlı keçmiş siyasi məhbus Samandar Kukanov
72 yaşlı keçmiş siyasi məhbus Samandar Kukanov

"Düşünürəm ki, çıxış vizası almaq istəyənlər əbəs yerə çalışırlar. Çünki onsuz da verməyəcəklər. Mən altı aydır ki, nəzarətdəyəm. Axşam saat 8-dən səhər 6-dək qətiyyən evdən çıxa bilmirəm. ...Mayın 24-də nəzarətin müddəti bitəcək, ondan sonra görək nə olur. 24 il həbsdə olmuşam. Ona görə indi Allaha şükür edirəm. Ancaq dünən pasport ala bildim", – deyə Samandar Kukanov martın 14-də Azadlıq Radiosuna bildirib.

Özbəkistan Ali Məclisinin (Oliy Kenqaş) keçmiş deputatı və Çinazdakı neft emalı zavodunun keçmiş direktoru Samandar Kukanov 1993-cü il iyulun 2-də dövlət əmlakının iri həcmdə talanması ittihamı ilə 20 il azadlıqdan məhrum edilib.

Sonradan onun həbs müddəti daha 3 il uzadılıb.

“SÖZ VERİBLƏR Kİ...”

18 il həbsdən sonra, ötən il azadlığa çıxmış jurnalist Muhammad Bekzhan-sa hələ də pasportunu ala bilməyib.

Buna da bax:​ Islam Karimov-un qardaşı oğlunu buraxıblar

Muhammad Bekzhan
Muhammad Bekzhan

"Söz veriblər ki, Daşkənddən cavab alan kimi pasportu bir günə verəcəklər", – o deyir.

Bekzhan həbsindən sonra müsadirə olunmuş evlərinin qaytarılması haqda hökumətə müraciət ediyini deyir. O, həmçinin qızlarının Özbəkistana qayıtmasına icazə verilməsini istəyir. Ancaq onun bu müraciətlərinə hələ də cavab verilməyib.

Bekzhan AzadlıqRadiosu-na deyib ki, hələlik ailəsinin yaşadığı ABŞ-a getmək istəmir, uşaqlarının Özbəkistana gəlməsini istəyir.

63 yaşlı Muhammad Bekzhan bütün dünyada ən uzun müddət həbsdə olmuş az sayda jurnalistdən biridir.

O, "Erk" ("İradə") demokratik partiyasının rəhbəri Muhammad Salihin qardaşı və eyni adlı qəzetin keçmiş baş redaktorudur.

“SONADƏK MÜBARİZƏ APARACAĞIQ”

Buna da bax:​ “Human Rights Watch” un Özbəkistanın yeni prezidentindən umduqları

Özbəkistan müstəqil hüquq müdafiəçiləri təşəbbüs qrupunun rəhbəri Surat Ikramov uzun illərdir keçmiş siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğuldur. Onun sözlərinə görə, Özbəkistan hökuməti uzun müddət həbsdə olmuş keçmiş siyasi məhbusların hüquqlarını yerinə yetirmir.

"İndi biz məhkəmələr vasitəsilə onların hüquqlarını müdafiə etməyə çalışacağıq, sonadək mübarizə aparacağıq", – deyə Surat Ikramov AzadlıqRadiosu-nun özbək xidmətinə bildirib.

Surat Ikramov
Surat Ikramov

Özbəkistanın birinci prezidenti Islam Karimov-un ölümündən sonrakı altı ay ərzində 3 siyasi məhbus həbsdən azad edilib. Bunlar Bobomurad Razzakov, Samandar KukanovMuhammad Bekzhandır. Ancaq peşə fəaliyyətinə görə azadlıqdan məhrum edilmiş bir neçə müstəqil jurnalist və hüquq müdafiəçisi hələ də koloniyalarda qalmaqdadır.

Buna da bax:​ Özbəkistan: Yeni prezidentin gəlişi nəyi dəyişəcək?

Bu siyahıda Yusuf Ruzimurodov, Salijan Abdurahmanov, Agza Farmonov, Dilmurod Saidov, Agzam Turgunov və başqalarının adları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG