Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:09

'Özbək mafiyasının bossu' vəzifə başına gətirildi


Salim Abduvaliev, özbək kriminal avtoriteti.
Salim Abduvaliev, özbək kriminal avtoriteti.

2007-ci ildə ABŞ-ın Özbəkistandakı səfirinin diplomatik yazışmalarında "özbək mafiyasının bossu" adlandırılan Salim Abduvaliyev Özbəkistan Milli Olimpiya Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Bu, prezident Shavkat Mirziyayevin kadr dəyişikliklərinin bir hissəsidir.

BAŞQA VƏZİFƏLƏRİ DƏ VAR

Özbəkistanın yerli KİV-ləri Milli Olimpiya Komitəsinin rəhbərliyində kadr dəyişiklikləri barədə yanvarın 6-sında məlumat yayıblar. Komitənin sədri vəzifəsinə isə "Uzbekneftqaz" dövlət şirkətinin idarə heyətinin rəhbəri Alisher Sultanov seçilib. Ondan əvvəl komitənin sədri Mirabror Usmanov idi.

Buna da bax:​ Özbəkistan: Yeni prezidentin gəlişi nəyi dəyişəcək?

Qeyd edilir ki, Milli Olimpiya Komitəsinin fəxri prezidenti təyin edilmiş Mirabror Usmanov Özbəkistan Futbol Federasiyasının prezidenti vəzifəsində də qalmaqdadır.

2015-ci ilin avqustunda "Uzbekneftqaz"ın rəhbəri vəzifəsinə təyin edilmiş Alisher Sultanov 2013-cü ildə Qarşi şəhərinin "Nasaf" futbol klubunun rəhbəri olub.

Özbəkistanda tanınmış işadamı Salim Abduvaliyev komitənin yeni sədrinin müavini təyin olunub.

Buna da bax: Özbəkistanda yüksək qonorarın cəzası varmış

KONTRAKTLARIN SATIŞINDA VASİTƏÇİLİK

2004 - 2007-ci illərdə Birləşmiş Ştatların Daşkənddə səfiri olmuş John Purnellin 2011-ci ildə “Wikileaks”in yaydığı diplomatik yazışmalarında S. Abduvaliyev Özbəkistanın "kriminal dünyasının bosslarından" biri kimi təsvir edilir. Purnellin Daşkənddən Vaşinqtona göndərdiyi məktublarda Abduvaliyevin ölkənin yüksək vəzifəli dövlət rəsmiləri ilə yaxın münasibətlərindən söz açılır. Məktublarda onun vəzifələrin və hökumət kontraktlarının satışında vasitəçilik etməsindən də söz açılır. Bu günə qədər nə hökumət, nə də Özbəkistanda "Salim-Boyvaçça", yaxud "Salimbay" kimi tanınan Salim Abduvaliyevin özü "WikiLeaks"in yaydığı məlumatla bağlı rəsmi açıqlama verməyib.

2008-ci ildə mərhum prezident Islam Karimov Salim Abduvaliyevə idmanın inkişafında göstərdiyi xidmətlərə görə rəsmi mükafat verib.

Buna da bax:​ İslam Karimovun məqbərəsi tikiləcək

Qeyd edək ki, S. Abduvaliyev 1997-ci ildən bəri həm də Özbəkistanın idman döyüşləri assosiasiyasının prezidentidir.

Bəzi məlumatlara görə, artıq neçə ildir ki, Abduvaliyev Olimpiya oyunlarında ölkənin milli yığmasına sponsorluq edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG