Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 02:35

“Human Rights Watch” un Özbəkistanın yeni prezidentindən umduqları


Shavkat Mirziyaev, 5 dekabr 2016

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” Özbəkistanın yeni seçilmiş prezidenti Shavkat Mirziyaev​-i “ölkədə insan haqları ilə bağlı acınacaqlı durumu yaxşılaşdırmağa, doğru addımlar atmağa” çağırıb.

Təşkilatın Nyu-Yorkda mənzillənən ofisi yeni hakimiyyətin növbəti 5 ildə aparmalı olduğu islahatlar üçün atacağı addımları açıqlayıb.

Həmin addımlar sırasında prezident Mirziyaev-invə Özbəkistanın yeni hakimiyyətinin ölkədə insan haqlarını yaxşılaşdırmaq sahəsindədə görəcəyi tədbirlər sadalanıb:

HRW logo
HRW logo

Siyasi məhbusları azat etmək:

Siyasu motivlərlə həbs edilmiş bütün vətəndaşları, o cümlədən siyasi və ictimai fəalları, jurnalistləri və hüquq müdafiəçilərini şərtsiz, həm də təcili azad etmək, onların dinc fəaliyyətlərini davam etdirməsinə imkan yaratmaq;

İnsan hüquqları təşkilatları ilə əməkdaşlıq etmək:

Hakimiyyətin beynəlxalq institutlarla, o cümlədən hüquq müdafiəçiləri ilə əməkdaşlıqdan imtina siyasətini dəyişmək. İnsan hüquqları ilə məşğul olan 14 qeyri-hökumət təşkilatı ekspertinin ölkədə yerləşməsinə icazə vermək;

Işgəncələrə son qoymaq:

Ölkədə geniş yayılmışişgəncə və amansız davranışlara son qoyulması üçün addımlar atmaq. “Qırmızı Xaç” Beynəlxalq Təşkilatına ölkədə işləməyə və islah müəssisələrindəki şəraitlə bağlı monitorinq aparmağaimkan yaratmaq;

Mediaya məhdudiyyətlər qoymaqdan çəkinmək:medianı həqiqi azadlıqla təmin etmək, o cümlədən müstəqil vebsaytları bloklamağı və jurnalistlərin təqibini dayandırmaq. Müstəqil yerli və xarici media orqanlarının ölkədə qeydiyyatdan keçməsinə, xarici jurnalistlərin akkreditasiyasına icazə vermək;

Samandar Kukanov, 23 illik həbsdən sonra 24 noyabr 2016
Samandar Kukanov, 23 illik həbsdən sonra 24 noyabr 2016

Vətəndaş cəmiyyətinə azadlıqları tanımaq:

Müstəqil qrup və fəalların təqibinə son qoymaq, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının hakimiyyətin müdaxiləsi olmadan öz fəaliyyətlərini qurmasına şərait yaratmaq. O cümlədən əvvəllər Özbəkistanda fəaliyyətini dayandırmağa məcbur qalan təşkilatların qeydiyyatdan keçməsinə, beynəlxalq qeyri-hökumət təşkilatlarının viza almasına və akkreditasiya olunmasına imkan yaratmaq;

Din azadlıqlara təminat:

Özbəkistan dini etiqad azadlığı sahəsində götürdüyü öhdəlikləri, o cümlədən "ekstremist" adı ilə məhkum olunan dindarların həbsxanadan buraxılmasını təmin etmək, bununla yanaşı, dindarların ibadət yerlərinə getməsinə və dini təhsil almasına məhdudiyyətləri yumşaltmaq;

Seksual azlıqlara qarşı ayrıseçkiliyə son vermək:

Cinayət Məcəlləsindən kişilər arasında qarşılıqlı razılıq əsasında qurulan seksual münasibətə görə cinayət cəzasını nəzərdə tutan maddəni çıxarmaq, LGBT icmasına diskriminasiyanı dayandırmaq;

nternet censorship
nternet censorship

Məcburi əmək təcrübəsini dayandırmaq:

Pambıq sahələrində məcburi əməkdən istifadəyə son qoymaq, müstəqil qeyri-hökumət təşkilatlarına pambıq yığımı vaxtı monitorinq aparmağa icazə vermək, pambıq sektorunda hakimiyyətlə üz-üzə gələn fəallara təzyiqləri dayandırmaq;

Əndican olayları ilə bağlı müstəqil beynəlxalq araşdırma aparılmasına şərait yaratmaq: 2005-ci il mayın 13-də Əndicanda baş vermiş olaylarla bağlı beynəlxalq müstəqil araşdırma aparılması üçün hakimiyyətin müvafiq göstəriş verməsi.

“Human Rights Watch” Shavkat Mirziyaev​-ə müraciətini o, Özbəkistanın yeni prezidenti seçiləndən 5 gün sonra açıqlayıb.

Təşkilat müraciətinin sonunda Shovket Mirziyaev-dən xahiş edib ki, “Human Rights Watch”əməkdaşlarının Özbəkistana gəlməsinə şərait yaratsın.

XS
SM
MD
LG