Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 00:14

Özbəkistanda kommunal borcu olanı həccə qoymayacaqlar


Özbək ziyarətçi
Özbək ziyarətçi

Daşkəndin baş imam-xətibi Anvar-kori Tursunov ölkə vətəndaşlarını su, qaz və elektrikə olan borclarını vaxtlı-vaxtında ödəməyə çağırıb. O, vətəndaşları xəbərdar edib ki, mənzil və kommunal borclarını ödəməyənlər Məkkəyə həcc ziyarətinə və başqa müqəddəs yerlərə gedə bilməyəcəklər.

Bu, tanınmış din xadiminin respublika əhalisindən işıq və qaz pullarının toplanmasına həsr olunmuş ilk çıxışıdır.

Xəbəri Özbəkistanın Podrobno.uz xəbər saytı yayıb.

Buna da bax:​ Azərbaycan mahnısını özbək dilində oxuyan televiziyaya buraxılmır

“TƏYYARƏYƏ BURAXMAYACAĞIQ”

«İnsanın bircə sum da olsa borcu varsa, onun həcc ziyarəti qəbul olunmayacaq. Belə adamlar həccə getmək istəsə, biz onları heç təyyarəyə buraxmayacağıq», – deyə Daşkənddəki beynəlxalq mətbuat klubunda keçirilən iclasda çıxış edən Anvar-kori Tursunov vurğulayıb.

Anvar Tursunov
Anvar Tursunov

O, müsəlmanları xəbərdar edib ki, insan nahaq yerə işlətdiyi, israf etdiyi hər bir damcı suya görə Allah qarşısında cavab verəcək. Daşkənd imam-xətibinin sözlərinə görə, «Özbəkistanda elə adamlar var ki, namaz qılırlar, həccə gedirlər, ancaq istifadə etdikləri elektrikin pulunu ödəmirlər».

Bu il mayın sonunda Özbəkistan prezidenti Shavkat Mirziyayev respublikanın baş prokurorluğu yanında məcburi icra bürosunun yaradılması haqda sərəncam imzalayıb. Bu qurumun funksiyası elektrikə və qaza görə yığılmış borcların vətəndaşlardan toplanması olacaq. Mənzil və kommunal xidmətlərə görə yığılmış borcların toplanması işi ilə birbaşa icra hakimiyyətləri, banklar, təhsil müəssisələri, məhəllə komitələri, vergi müfəttişliyi, daxili işlər nazirliyi və digər dövlət qurumlarının əməkdaşları məşğul olacaqlar.

Buna da bax: Orta Asiyada 'saray uşaqları' necə böyüyür

BƏZİ YERLƏRƏ QAZ VERİLMİR

Artıq bir neçə ildir ki, Özbəkistanda enerji böhranı müşahidə olunur. Bunu məişət istehlakçılarını elektrik enerjisi ilə təmin edən müəssisələrin işçiləri də etiraf edir.

Özbəkistanın bir çox sakinləri illərlə işığın və qazın olmamasından gileylənirlər. Ölkənin çox bölgələrində insanlar elektrikin olmamasından əziyyət çəkirlər. Bu bölgələrdə işığı yalnız gündə bir neçə saat verirlər. Ölkənin bəzi vilayətlərində artıq bir neçə ildir ki, qaz ümumiyyətlə verilmir.

Rəsmi məlumatlara görə, bu gün Özbəkistanda fiziki və hüquqi şəxslərin qaza və elektrik enerjisinə görə yığılmış borclarının ümumi həcmi 5 trilyon sumu (1,25 milyard dollara yaxın) keçir.

Buna da bax:​ Özbəkistan “rəhbərə məddahlığı” qadağan edir

CƏZA ARTIRILIB

Bu səbəbdən Özbəkistanda elektrik və qaz sayğaclarının üzərinə vurulmuş plombun qırılmasına görə məsuliyyət artırılıb. İyulun 1-dən ölkə vətəndaşları elektrik və istilik enerjisinin, təbii qazın, isti və soyuq suyun istehlakını qeydə alan cihazların üzərinə vurulmuş plombları bilərəkdən qırarlarsa, inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəklər.

«Özbəkistan Xəbərləri» («Новости Узбекистана») qəzeti yazır ki, tətbiq edilən inzibati cəzadan sonra belə ümumi elektrik, istilik, qaz və su şəbəkələrinə özbaşına qoşulmaq və ya elektrik və istilik enerjisinin, təbii qazın, isti və soyuq suyun istehlakını qeydə alan cihazları, o cümlədən plombları bilərəkdən korlamaq, yaxud da qeydiyyat cihazlarındakı göstəriciləri dəyişmək məqsədilə onlara müdaxilə etməyə görə minimal əməkhaqqının 25 - 75 misli qədər cərimə, 240 saata qədər icbari ictimai iş, yaxud da 1 ilə qədər islah işləri cəzası verilə bilər.

Buna da bax:​ "Dini məhdudiyyət çox olanda radikallıq artır"

Azadlıq Radiosunun özbək xidməti anonim mənbələrə istinadən yazır ki, az qala, bütün dövlət strukturlarının əməkdaşları fiziki şəxslərdən mənzil və kommunal xidmətlər üzrə borcların toplanması işinə cəlb edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG