Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:47

Azərbaycan mahnısını özbək dilində oxuyan televiziyaya buraxılmır


Ozodbek Nazarbekov
Ozodbek Nazarbekov

Özbək müğənnisi Bahrom Nazarov Azərbaycan mahnısını özbək dilində oxuyur. Ancaq xarici mahnını özbək dilində oxuduğuna görə, onu indi radio və televiziyaya buraxmırlar.

Azərbaycan mahnısı Özbəkistanı qarışdırır
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Özbəkistan hakimiyyəti iyunun 26-da xarici mahnıları özbək dilində oxumağı, remeyk etməyi, yəni qarışdırmağı qadağan edib.Bu qadağanı ölkə prezidentinin müşaviri, yazıçı Xayriddin Sultanov ölkədə bütün konsert fəaliyyətini tənzimləyən “Özbəkkonsert”-ə, teleradio şirkətlərinə çatdırıb. Onlar da müğənnilərə xəbərdarlıq ediblər ki, belə mahnılar efirdə və saytda getməyəcək.

Xarici mahnıları orijinal dildə oxumaq isə qadağan deyil. Məsələn, rusların “Million alıx roz” mahnısını rus dilində oxumaq olar, özbək dilində isə yox.

Hakimiyyət qadağanı onunla izah edir ki, belə getsə, Özbəkistan milli musiqisiz qalacaq. Ozodbek Nazarbekov kimi tanınmış müğənnilər qadağanı dəstəkləyir. Onlar xatırladıralar ki, Batır Zakirov kimi məşhur müğənni xarici mahnıları yalnız orijinalın dilində oxuyurdu.

Qadağanın əleyhinə açıq şəkildə yalnız musiqi tənqidçisi Akmal Rezaev çıxıb:

“Ölkənin resursların remeyk edən müğənnilərin ifşa olunmasına sərf eləmək absurddur. Bu, yalançı vətənpərvərlikdir, musiqi estetikasını anlamamaqdır. Özbəkistanın əsas problemi xarici mahnını özbək dilində oxumaq deyil.”

O xatırladıb ki, Kommunikasiya və İnformasiya Komitəsi də əmr verib ki, xarici mahnıların özbək dilində ifasını Youtube-a qoyanları tapsınlar və blok eləsinlər.

Ancaq hökumətinin qərarının arxasında mülkiyyət hüquqlarının qorunması və bunun ardınca gələn cərimələr məsələsi də ola bilər.

Azadlıq Radiosunun Özbək Xidmətinin məlumatına görə, Özbəkistan hökumətinin qərarında Azərbaycanlı müğənnisi Röyanın mahnısını özbək müğənnisi Mohimin oxuması misal gətirilir və deyilir ki, bir gün Röya Mohimi məhkəməyə versə, onda nə olacaq?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG