Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:25

Ana: “Həbsxanada oğlumun cinsiyyət orqanına qaynar su töküblər”


Ana: “Oğlumun cinsiyyət orqanına qaynar su töküblər”
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Ana: “Oğlumun cinsiyyət orqanına qaynar su töküblər”

“Oğluma olmazın işgəncələr veriblər, namaza görə onun cinsiyyət orqanına qaynar su töküblər”.

Bunu iki oğlu həbsdə olan 60 yaşlı Muxabbat Xolmatova Azadlıq Radiosunun özbək xidmətinə göndərdiyi videomüraciətdə deyir.

Onun sözlərinə görə, bu hadisə Navoi şəhərindəki həbsxanada baş verib. Özbəkistanın Daxili İşlər Nazirliyi məlumatı təkzib edib.

M.Xolmatovanın iki oğlu – 40 yaşlı Alişer və 33 yaşlı Şavkat Abdujabbarov 2010-cu ildə dini məzmunlu materialların hazrlanması və yayılması ittihamı ilə uzunmüddətli həbs cəzalarına məhkum ediliblər.

M.Xolmatova deyir ki, sentyabrda oğlu Alişerlə Nəvaidəki 64/46 saylı kolonda görüşüb, onun bədənində işgəncə izləri görüb.

- Oğlum dedi ki, cinsiyyət orqanına qaynar su töküblər. Bunu mənə ayağındakı qara ləkələri görəndən sonra danışdı. Dedi ki, bu, yayda baş verib. Namaza görə oğlumdan başqa daha dörd nəfərin cinsiyyət orqanına qaynar su töküblər. Dözə bilmədim, ayrı kimə danışa bilərdim bu haqda?

Buna da bax: Rusiya millətçiləri Islam Karimov-un heykəlinə qarşı

Qadın ölkə prezidenti Şavkat Mirziyayevə ünvanladığı videomüraciətdə deyir ki, oğulları tutulandan sonra 5 nəvəsinə baxmaq yükü onun çiyinlərinə düşüb.

- Kiçik gəlinim iki qızını üstümə atıb gedib. Böyük gəlinimlə birlikdə samsa (özbək peraşkisi – red.) bişirib nəvələrimin oxuduğu məktəbdə satırıq. Bu qazancla, bir də qohumlarımızın yardımı ilə dolanırıq. Mənim oğullarımı haqsız tutublar, buna görə də prezidentdən onların vaxtından əvvəl azadlığa buraxılması üçün kömək istəyirəm. Xahiş edirəm ki, prezident onların işgəncələrdən xilas olunmasına köməklik etsin. Yaşlanmışam, 5 uşağa baxmaq mənim üçün çətindir.

Özbəkistan Daxili işlər nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı Azadlıq Radiosunun özbək xidmətinin sualına cavab olaraq bildirib ki, M.Xolmatova nazirliyə müraciət etsə, işgəncə ilə bağlı iddiaları araşdırılacaq. Əgər iddia təsdiqini tapsa, problem həllini tapacaq.

Bu ilin əvvəlində Özbəkistan prezidenti Şavkat Mirziyayev DİN, Prokurorluq və Məhkəmə orqanlarının əməkdaşları ilə görüşündə demişdi ki, hüquq-mühafizə orqanları bir çox hallarda etirafedici ifadələr almaq üçün vətəndaşlara qarşı işgəncə tətbiq edirlər.

O demişdi ki, prokurorluq orqanları “repressiv orqana çevrilib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG