Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:10

Ombudsmandan sənədsiz evləri sənədləşdirmək çağırışı


Elmira Süleymanova, 18 dekabr 2013

Vətəndaşların mülkiyyət hüququnun reallaşması, yığılan vergilər və dövlət rüsumları hesabına büdcəyə əlavə vəsaitlərin daxil olması üçün “Sənədsiz evlərə və onların altındakı torpaq sahələrinə mülkiyyət hüququnun tanınması haqqında” qanun qəbul edilsin. “Report”un xəbərinə görə, bu haqda Ombudsman Elmira Süleymanova-nın 2016-cı il üzrə illik məruzəsində deyilir.

Bundan əlavə, Ombudsman əhalinin sayı və tələbatı nəzərə alınmaqla ölkənin şəhər və rayonlarında ödənişsiz xidmət göstərən notariai kontorlar və hüquq məsləhətxanaları yaradılmasını təklif edir.

Ombudsmanın fikrincə, təkcə gənc ailələr deyil, digər yaş qruplarına aid olan şəxslərin də tədricən güzəştli ipoteka krediti imkanlarından yararlanması üçün qanunvericilik aktlarına dəyişikliklər edilməlidir.

Ombudsmanın illik məruzəsi Milli Məclisə təqdim olunub. Məruzənin Milli Məclisin mart ayının ortalarında keçiriləcək plenar iclasında müzakirəyə və səsverməyə çıxarılacağı gözlənir.

Ekspertlər təkcə Bakıda sənədsiz tikilən evlərin sayının 500 mindən yuxarı olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG