Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 23:52

Su 61 sm qalxacaq


Arktik Okean

Dünyada dənizlərin səviyyəsi son 3 min ildə sabit qalıb. XX əsrdə isə bu səviyyə qlobal istiləşmə səbəbindən yüksəlməyə başlayıb.

Peyklərlə aparılan yeni tədqiqatın nəticələri göstərir ki, Qrenlandiya və Antarktikada buzların əriməsi onsuz da sürətlə yüksəlməkdə olan dəniz səviyyəsini daha da artırır.

Dəniz səviyyəsi indiki sürətlə yüksələrsə, əsrin sonuna doğru dünyada okeanların səviyyəsi bugünkündən azı 61 santimetr yüksək olacaq.

Proqnozlardan daha sürətli

Bu tendensiya okeanın istiləşməsi və buzlaqların əriməsi ilə bağlıdır. 25 illik peyk məlumatlarına əsaslanan tədqiqatın nəticələri göstərir ki, buzlaqların əriməsiylə proses daha da sürətlənib. Tədqiqatın nəticələri alimlərin daha öncə apardığı kompüter simulyasiyalarını təsdiqləyib. Bu nəticələr BMT-nin iqlim dəyişikliyinə dair müntəzəm proqnozları ilə də üst-üstə düşür.

***Buna da bax-Din iqlim dəyişikliyi ilə mübarizəyə kömək edə bilərmi

«Bu, çox ciddi məsələdir, çünki ...dəniz səviyyəsinin proqnozlaşdırıldığından daha çox yüksəlməsi ehtimalı var», – tədqiqatın aparıcı müəllifi, Kolorado Universitetindən Steve Nerem deyir.

Digər alimlərsə dəniz səviyyəsində hətta kiçik dəyişikliyin subasmalara və eroziyaya yol aça biləcəyini deyirlər.

«Sahil ərazilərində yaşayan icmaların 2100-cü il üçün proqnozlaşdırılan subasmalarla bağlı narahatlığı artıq bir neçə onillikdən sonra reallaşa bilər», – deyə Oreqon Dövlət Universitetindən sahil subasmaları üzrə mütəxəssis Katy Serafin «The Denver Post» nəşrinə bildirib.

İqlim dəyişməsi animasiyada
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

Proses sürətlənir

Dəniz səviyyəsinin son 25 il ərzində müşahidə olunan 7.5 santimetrlik yüksəlişinin 55%-ə qədəri suyun istiləşməsi və buzlaqların əriməsi ilə bağlıdır. Ancaq tədqiqatın nəticələri göstərir ki, proses get-gedə sürətlənir və 1993-cü ildən bu sürətlənmənin 3/4-dən çoxu Qrenlandiya və Antarktikada buzların əriməsi ilə bağlı olub.

Hava və iqlimdə olduğu kimi, dəniz səviyyəsinin yüksəlməsində iki amil nəzərə alınmalıdır: ildən-ilə baş verən kiçik yüksəlmə və enmələr təbii hadisələrdən qaynaqlanır; daha böyük, uzunmüddətli yüksəlmə trendləri isə insan amilindən qaynaqlanan iqlim dəyişikliyinə bağlıdır. Nerem-in komandası 1991-ci ildə Pinatubo vulkanının püskürməsi nəticəsində Yerin müvəqqəti soyumasını, El-Ninyo və La-Ninya iqlim fenomenlərini mövcud amillər siyahısından çıxardıqdan sonra bu trendi aşkarlayıb.

***Buna da bax-Xəbərdarlıq: Avropada istidən ildə 150 min nəfər ölə bilər

Tədqiqatı redaktə edən Fransa Beynəlxalq Kosmik Elmlər İnstitutunun Yer elmləri şöbəsinin rəhbəri Anny Cazenave deyir ki, dəniz səviyyəsinin yüksəlməsi iqlim dəyişikliyini yaxından izləmək baxımından temperaturdan da yaxşı göstəricidir. A.Cazenave dəniz səviyyəsinin kosmosdan öyrənilməsi sahəsinin pionerlərindən biridir.

Avropada rekord istilər: britaniyalılar heyvanları yaddan çıxartmır
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Xəbərdarlıq

Almaniyadakı Potsdam İnstitutundan iqlimşünas-alim Stefan Rahmstorf-un sözlərinə görə, 3 min ildən artıq müddətdə sabit qalan qlobal dəniz səviyyəsi XX əsrdə daş kömür, neft və təbii qazın yandırılmasından qaynaqlanan istiləşmə nəticəsində yüksəlməyə başlayıb.

Nerem xəbərdarlıq edir ki, əsrin sonunadək dəniz səviyyəsinin 61 santimetr yüksəlməsi Mayami və Yeni Orlean kimi yerlərə ciddi təsir edəcək, ancaq o bunu fəlakət saymadığını da deyib. «Çünki bu onlara baha başa gəlsə də, normal şərtlər daxilində bu şəhərlər ayaqda qala bilər. Ancaq 2012-ci ildə olmuş «Sendi» superqasırğası kimi qasırğa baş verərsə, bunun yanında, üstəlik, dəniz səviyyəsinin yüksəlməsi rekord həddə dağıntıya səbəb ola bilər», – o deyib.

Ötən il Amerika Geofizika Birliyinin toplantısında bəzi alimlər Antarktikanın mövcud proqnozlardan daha tez əriyə biləcəyini deyiblər.

Hələlik, Qrenlandiyanın buzlarının əriməsi dəniz səviyyəsinin yüksəlməsinə Antarktikadan üç dəfə daha artıq təsir göstərib. Ancaq cənub qitəsində buzların əriməsinin get-gedə daha çox təsirə malik olduğu görünür.

«Antarktika bizim bir neçə il öncə düşündüyümüzdən daha az sabit görünür», – Ratgers Universitetindən iqlimşünas Robert Kopp deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG