Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:21

Obama “Trump prezidentliyə yararlı deyil” dedi


Barack Obama bəyan edib ki, respublikaçı namizəd Donald Trump ABŞ prezidenti olmağa layıq deyil.

Prezident həmçinin Trump-ın partiyadaşlarından onu hələ də niyə dəstəklədiklərini soruşub.

“Elə bir an gəlib çatır ki, deməli olursan: Həvəsdir-bəsdir” – deyib Obama.

Donald Trump son çıxışlarından birində Krımın Rusiya tərəfindən ilhaqını dəstəkləyən şərhlər verdiyinə görə də kəskin tənqid olunur.

Obama deyib ki, onun Respublikaçılar Partiyasından olan əvvəlki prezidentlər və prezidentliyə namizədlərlə fikir ayrılıqları olub, lakin o bu adamların prezident kimi çalışa biləcəklərini heç vaxt şübhə altına almayıb.

"Respublikaçı namizəd prezidentliyə yararlı deyil və o bunu isbat etməkdə davam edir” – deyib Barack Obama.

Bayraqdarınız budursa…

Cənab Obama öz çıxışında vaxtilə Trump-la onun qadınlarla, qeydiyyatsız miqrantlarla və müsəlmanlarla bağlı şərhlərinə görə toqquşan respublikaçılara da müraciıət edib.

"Sizin bayraqdarınızın belə olması partiyanız haqqında nə kimi fikir yaradır? – deyə sual edib prezident, - Burada söhbət epizodik səhvlərdən getmir”.

Respublikaçı namizəd prezidentliyə yararlı deyil və o bunu isbat etməkdə davam edir

Obama deyib ki, vəzifəli respublikaçılar az qala hər gün, hər həftə Trump-ın bəyanatlarını bölüşmədiklərini elan etməyə məcbur olurlar.

İndiyədək respublikaçılardan Konqresin spikeri Paul Ryan, respublikaçı Senat çoxluğunun rəhbəriMitch McConnell Trump-ı kəskin tənqid etsələr də, milyarder namizəd ictimai dəstəyini qoruyub saxlaya bilir.

Avqustun 2-də Respublikaçılar Partiyasının Nyu York nümayəndəsi Richard Hanna demokrat namizəd Hillary Clinton-a səs verəcəyini bəyan edən ilk respublikaçı olub.

İndiyədək bir çox respublikaçılar Trump-a yox, üçüncü bir şəxsə səs verəcəklərini desələr də, birbaşa xanım Clinton-un adını çəkmirdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG