Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Norveç Helsinki Komitəsi: Bu, qeyri-demokratik hökumətin qanunudur


Bu qanunu əldə əsas tutan hökumət bundan sonra media qurumlarını bağlamaq üçün məhkəməyə müraciət etməli olmayacaq

Norveçin Helsinki Komitəsinin (NHK) fevralın 10-da verdiyi bəyanatda deyirilir ki, prezident İlham Əliyevin imzaladığı media qanunu Azərbaycanda jurnalist və ya sosial media fəalı olmağı daha da çətinləşdirəcək.

Bu da qeyd olunur ki, bu qanun ölkənin onsuz da sərt nəzarət altında olan mediasının imkanlarını məhdudlaşdıracaq.

Komitə bildirir ki, bu qanun hələ qüvvəyə minməzdən əvvəl beynəlxalq tənqidlərə və yerli jurnalistlərin etirazlarına səbəb olmuşdu.

Jurnalistlər, habelə Avropa Şurasının insan haqları komissarı Əliyevi öz səlahiyyətlərindən istifadə edərək bu qanunu, əhəmiyyətli şəkildə yenidən baxılması, ictimaiyyət arasında müzakirə edilməsi üçün parlamentə qaytarmağa çağırmışdılar.

Norveç Helsinki Komitəsi Azərbaycandakı vəziyyəti uzun müddətdir ki, müşahidə etdiyini, burada müstəqil və tənqidi medianın senzuraya məruz qoyulduğunu, jurnalistlərin və sosial media fəallarının sistematik təqib olunduğunu bildirir.

Yalnız Türkmənistandan irəlidə

Bu da yada salınır ki, Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının Dünya Mətbuat Azadlığı indeksində 180 ölkə arasında 167-ci pilləni tutur və o bu indeksdə keçmiş sovet məkanında yalnız Türkmənistandan irəlidədir.

NHK bildirir ki, yeni qanunun bir çox müddəaları hökumətə jurnalist fəaliyyətinə sərt məhdudiyyətlər qoymaq və özünün tənqid olunmasının qarşısını almaq imkanı verəcək.

Bu mənada xüsusilə də jurnalistlər üçün vahid reyestrin yaradılması xüsusilə ziddiyyətli görünür.

Bu qanunu əldə əsas tutan hökumət bundan sonra media qurumlarını bağlamaq üçün məhkəməyə müraciət etməli olmayacaq:

"Kimin jurnalist ola biləcəyinin amiranə müəyyən edilməsi və materiallara müxtəlif əsaslarla silsilə maneələrin qoyulması, jurnalistlərin qeydiyyatının tələb olunması da daxil bu repressiv qaydalar media azadlığını əzmək və özünə dost saymadığı medianı bağlamaq istəyən qeyri-demokratik hökumətin nişanəsidir”.

XS
SM
MD
LG