Keçid linkləri

2026, 14 Fevral, şənbə, Bakı vaxtı 02:28

Norveçin tanınmış şəxslərinin Ceffri Epşteynlə əlaqələri araşdırılacaq

Yonas Qar Störe
Yonas Qar Störe

Norveçin baş naziri Yonas Qar Störe deyir ki, ölkənin tanınmış şəxsləri ilə ABŞ-dən mərhum seksual cinayətkar Ceffri Epşteynin münasibətləri tam araşdırılmalıdır.

Bir müddət öncə müxtəlif ölkələrdən diplomatların, aparıcı siyasətçilərin Epşteyn ilə əlaqələrini göstərən milyonlarla sənəd açıqlanıb. "Reuters" yazır ki, Störe, britaniyalı həmkarı Kir Starmer kimi, sonra şoka düşmüş seçicilərin narahatlığını aradan qaldırmağa çalışır.

Sənədlərdə adı hallananlar isə Epşteyn cinayətlərində iştirakını inkar ediblər.

"Baş nazir kimi bu haqda açıq danışmaq məsuliyyətim var. İndi hər yolla məsələnin aydınlaşdırılmasına çalışmalıyıq", – Störe NRK dövlət yayımçısına müsahibəsində deyib.

Norveç parlamenti Xarici İşlər Nazirliyinin Epşteyn ilə əlaqələri üzrə təhqiqat elan edib, polis bir diplomat cütlüyü, həmçinin keçmiş baş nazirin əlaqələrini araşdırır. Dünya İqtisadi Forumu da özünün norveçli baş icraçı direktoru ilə bağlı müstəqil araşdırmaya başlayıb.

Bundan öncə, vəliəhd şahzadə Epşteyn ilə dostluğuna görə üzr istəyib.

Fevralın 11-də polis keçmiş baş nazir, Norveç Nobel Komitəsinin rəhbəri və Avropa Şurasının keçmiş rəhbəri Torbörn Yaqlandın evlərində axtarış aparıb. Polis onun ağır korrupsiya şübhəsi ilə bu həftə dindirildiyini bildirib. Yaqland isə durumun aydınlaşdırılmasına kömək etməyə hazır olduğunu deyib.


XS
SM
MD
LG