Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:38

Ədəbiyyat üzrə Nobel gələn il də olmayacaq?


Foto arxiv
Foto arxiv

Ədəbiyyat üzrə Nobel mükafatını təqdim edən İsveç Akademiyasını lərzəyə gətirən cinsi təcavüz qalmaqalı səbəbindən bəzi üzvlər Akademiyadan istefa verəcəklərini demişdilər.

Bunun ardınca akademiyanın ilk qadın rəhbəri, ədəbiyyatşünas Sara Danius istefa verməyə məcbur edilib.https://www.nytimes.com/2018/05/26/world/europe/swedish-academy-nobel-prize-literature.html

Maliyyə pozuntularında suçlanan və bəzi namizədlərə tərəfkeşlik etməsinə eyham vurulan akademiya bu ay 69 ildə ilk dəfə ədəbiyyat üzrə mükafatın təqdimatını ertələyəcyini və əvəzində 2019-cu ildə mükafatın iki nəfərə veriləcəyini bildirib.

Nobel Fondunun direktoru Lars Heikensten şənbə günü radio müsahibəsində deyib ki, 2019-cu ildə də ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmaya bilər. Bu, 232 yaşlı mədəniyyət qurumunda baş qaldıran böhranı daha da dərinləşdirib.

Cənab Heikensten Sveriges Radio kanalına bildirib ki, mükafat “İsveç Akademiyasının ictimaiyyətin etimadını yenidən qazanmasından sonra təqdim olunacaq. Bu isə o deməkdir ki, 2019-cu il heç də son tarix deyil".

Heikensten də ad çəkmədən akademiyanın qalan 10 üzvünü də istefaya getməyə çağırıb.

Buna da bax:"Nobel mükafatı yapon əsilli İngiltərə yazıçısına verildi" (İlk müsahibəsi)

YENİ TƏSİSAT?

Mükafatlar üçün maliyyə vəsaitlərini Nobel Fondu idarə edir. Ancaq sənayeçi və ixtiraçı Alfred Nobelin vəsiyyətinə görə ədəbiyyat mükafatının arbitri İsveç Akademiyasıdır.

​Mr. Heikensten deyib ki, Akademiya öz problemlərini həll edə bilmirsə, Nobel Fondu dünyanın ən prestijli mədəniyyət mükafatı üzrə yeni təsisat yarada bilər.

“Bu işdə iştirak etmək istəyən xeyli adam var", – o deyib.

Ancaq başqa bir qurumun ədəbiyyat mükafatına cavabdeh olması fikrinə münasibət bildirən Akademiya üzvü Per Wastberg belə deyib: “Alfred Nobelin vəsiyyətinə və qanuna görə bu mümkün deyil".

Qeyd edək ki, ötən ilin noyabrında "Dagens Nyheter" qəzeti 18 qadının akademiya ilə sıx əlaqələri olan mədəniyyət xadimi Claude Arnault-nu cinsi qısnamada suçlaması xəbərini yayıb.

Cənab Arnault həyat yoldaşı, şairə və İsveç Akademiyasının üzvü Katarina Frostensonla birlikdə uğurlu və nüfuzlu Forum ədəbiyyat klubuna rəhbərlik edirdi. Klubda bədii əsərlər oxunur, konsertlər və sərgilər keçirilirdi. Forum onillərlə İsveç Akademiyasından maliyyə vəsaiti alıb.

Katarina Frostenson
Katarina Frostenson

​Fotoqraf Arnault mədəni elitaya yaxınlığından sui-istifadə edərək, qadınlara, xüsusən də karyerasına yeni başlayan yazıçılara və rəssamlara qarşı cinsi zəmində nalayiq hərəkətlərə yol verməkdə ittiham olunur. İddialara görə, o bu hərəkətlərin çoxunu Stokholm və Parisdə Akademiyaya məxsus mənzillərdə törədib.

Cənab Arnault öz vəkili vasitəsilə bütün ittihamları rədd edib. Polis hələ də bu ittihamların bəzilərini araşdırmaqdadır.

Buna da bax: "Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək​".

ÖMÜRLÜK ÜZVLÜK

Baş verənlərə cavab olaraq Akademiyanın ozamankı daimi katibi xanım Danius Arnault və Forum-la bütün əlaqələrini kəsib və akademiyanın klubla əlaqələrini araşdırmaq üçün müstəqil təhqiqata başlayıb.

Araşdırma başa çatandan sonra akademiyanın üç üzvü ikrah hissi ilə onu tərk edib. Onlar Afrnault-un xanımı Frostensonun istefasını tələb ediblər. Ancaq qrupun bəzi digər üzvləri onun vəzifəsində qalmasını istəyiblər.

Xanım Danius öncə daimi katib vəzifəsindən, daha sonra ümumiyyətlə akademiyadan uzaqlaşdırılıb.

Akademiyaya təyinatlar ömürlük olsa da, qurumun hamisi olan İsveç kralının gözlənilməz müdaxiləsi üzvlərin akademiyanı könüllü tərk etməsini mümkün edib.

Cənab Heikensten radiomüsahibəsində bunun akademiyanın qaydalarına yenidən baxılması və onun daha da şəffaflaşdırılması üçün imkan olduğunu deyib. “Mən ömürlük üzvlük məsələsindən əmin deyiləm", – deyə o bildirib.

Hazırda Akademiyanın 18 üzvündən yalnız 10-u qalıb. Yeni üzvlərin təyini üçün 12 nəfərlik yetərsay tələb olunur.

Cənab Heikensten deyib ki, İsveç Akademiyası durumu həll etməyə kənardan vasitəçi dəvət edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG