Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək


Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək. Bu açıqlama ilə İsveç Akademiyası çıxış edib. Səbəb mükafatın mövcud olunduğu 100 ildən də çox bir müddət ərzində üzləşdiyi ən böyük qalmaqaldır.

Akademiya mayın 4-də bildirib ki, bu ilin mükafatı 2019-cu ildə veriləcək.

Akademiyanın idarə heyətindən bir neçə nəfər seksual zəmində nalayiq hərəkətlərlə bağlı iddialara qurumun adekvat reaksiya verməməsindən dolayı istefa verib.

Qurum Stokholmda keçirilən həftəlik toplantısında belə bir qənaətə gəlib ki, bu il qalib seçməyə hazır deyil.

YEDDİ ÜZV AKADEMİYANI TƏRK EDİB

Akademiya öz sıralarında "qəbuledilməz davranışın" baş verdiyini etiraf edib. Sonucda qurumun qadın rəhbəri istefa verməli olub.

1786-cı ildə yaradılmış Akademiyanın 18 üzvü ömürlük təyin olunur. Problemin həlli yollarına dair mübahisə üzvlərin arasında parçalanmaya yol açıb, yeddi üzv Akademiyanı tərk edib.

İndi ədəbiyyat üzrə Nobel mükafatının kimə təqdim ediləcəyini yerdə qalan 11 üzv müəyyənləşdirməli olacaq.

TARİXÇƏ

Qeyd edək ki, İsveç ixtiraçısı Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş, dünyanın elm, tibb, ədəbiyyat və sülh üzrə ən nüfuzlu mükafatının təqdim olunması 1901-ci ildən bəri 49 dəfə ertələnib.

II Dünya müharibəsinin ilk illərində 1940-42-ci illərdə Nobel mükafatları təqdim olunmayıb. Ədəbiyyat üzrə Nobel mükafatına gəlincə, o, yeddi dəfə verilməyib: 1914, 1918, 1935 və 1940-43-cü illərdə.

1914, 1918 və 1943-cü illərdə nə sülh, nə də ədəbiyyat üzrə mükafat təqdim edilib. Elm və tibb üzrə mükafatlarsa sahiblərini tapıb. 1935-ci ildə ədəbiyyat üzrə Novel mükafatına layiqli namizəd tapılmasa da, digər sahələr üzrə qaliblər seçilib.

Elm və tibb sahəsində Nobel mükafatları 1942-ci ildən bəri hər il verilib. Ancaq Sülh Mükafatı 1972-ci ildə verilməyib. Albert Nobelin vəsiyyətinə birbaşa uyğun olmayan iqtisadiyyat üzrə mükafata gəlincə, o, 1968-ci ildə təsis edilib və hər il ardıcıl təqdim olunub.

İsveç Akademiyasında baş verən seks qalmaqalında ölkənin nüfuzlu mədəniyyət xadimlərindən olan Jean-Claude Arnault-nun adı hallanır. O, həm də 1992-ci ildən akademiyanın üzvü olan şairə Katarina Frostenson-un həyat yoldaşıdır.

QALMAQALLAR

Ötən ilin payızında İsveçin aparıcı qəzetlərindən biri 18 qadının Arnault-nun cinsi zəmində nalayiq davranışa yol verməsinə dair ittihamlarını dərc edib. Akademiyanın maliyyələşdirdiyi mədəniyyət mərkəzinin rəhbəri olan 71 yaşlı Arnault ittihamları rədd etsə də, polis onların bəziləri ilə bağlı araşdırma apardığını bildirib.

Ötən il İsveçin Svenska Dagbladet qəzeti Arnault-ya qarşı çoxsaylı ittihamları dərc edib. Apreldə qəzet hətta Arnault-nun 12 il öncə İsveç şahzadəsi Victoria-ya qarşı xoşagəlməz hərəkətə yol verdiyini yazıb. Qəzet məlumatı üç anonim mənbəyə istinadən yayıb.

Arnault bundan başqa bir əsrlik Nobel qaydalarını pozaraq 1996-cı ildən etibarən yeddi dəfə nüfuzlu mükafatın qaliblərinin adlarını sızdırmaqda ittiham olunur. Ancaq onun adları kimə sızdırdığı açıqlanmır.

Akademiyanın bəzi kişi üzvləri Frostenson-u həyat yoldaşının ünvanına səslənən ittihamlara görə akademiyadan uzaqlaşdırılmasına çalışıb, səsvermə onların istəyinə uyğun nəticələnməyəndə isə akademiyanı tərk ediblər. Ancaq onlar texniki səbəblərdən istefa verə bilməzlər. Frostenson-un özü akademiyanın üzvü, yazıçı Sara Danius-un uzaqlaşdırılmasından sonra, eyni gündə akademiyanı tərk edib.

Nobel Fondu isə bildirib ki, ədəbiyyat üzrə Nobel mükafatı bu qalmaqallara görə nüfuzunu itirə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG