Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:12

Nils Muižnieks: 'Azərbaycan hakimiyyəti kursu dəyişməlidir'


Nils Muižnieks
Nils Muižnieks

«Mən jurnalist Əfqan Muxtarlının barəsində hökmü qəti şəkildə pisləyirəm…».

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muižnieks «Turan» agentliyinin müxbiri ilə söhbətində belə deyib.

«Çox təəssüf ki, Gürcüstan hakimiyyəti bu hadisəni araşdırmadı və bu da çoxlu suallar doğurdu. Bu hadisə göstərdi ki, Azərbaycan hakimiyyəti ölkə xaricində də onu tənqid edənlərin təqib edilməsinə son qoymur», – o bildirib.

Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı ötən il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Jurnalist məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov məsələsi…

Nils Muižnieks deyib ki, Azərbaycan insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirməlidir və beynəlxalq tərəfdaşlar Bakıdan bunun icrasını tələb etməlidir.

«İlk növbədə biz Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına əməl olunmasını və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən, İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edirik. Həmçinin, müstəqil vəkillərin hüquqlarının təmin olunmasını və Azərbaycanda onlara sərbəst işləmək imkanlarının yaradılmasını istəyirik. Biz siyasi motivlərlə mühakimə olunanların azadlığa buraxılmasına və həbsdən azad edilənlərin hərəkətinə məhdudiyyətlərin aradan qaldırılmasına təkid edirik», - Nils Muižnieks vurğulayıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

QHT-lərə "yaşıl işıq", yoxsa imitasiya?
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

QHT-lərə cinayət işi dayandırılmalıdır

Nils Muižnieks qeyd edib ki, hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin işini mümkünsüz edən məhdudiyyətləri aradan qaldırmalı və 2014-cü ildə onlarla QHT-yə qarşı başlanmış cinayət işini dayandırmalıdır.

«Azərbaycan hakimiyyəti Avropa ilə münasibətlərin normallaşmasını istəyirsə, kursu dəyişməlidir», – o vurğulayıb.

Xatırlatma

Azərbaycan rəsmiləri isə ölkədə siyasi motivlərlə həbslərin olması barədə deyilənləri qəbul etmirlər. Onlar bəyan edirlər ki, hüquq-müdafiə təşkilatlarının Azərbaycanda «siyasi məhbus» saydıqları şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Üstəlik, rəsmilər bəyan edirlər ki, xaricdəki bəzi qüvvələr Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Rəsmilərin deməsinə görə, bu prosesdə bəzi yerli QHT-lərdən də istifadə edilir.

Hakimiyyət təmsilçilərinin deməsinə görə, QHT-lərlə bağlı son illər qanunvericiliyə edilən bəzi dəyişikliklər bu proseslərin qarşısını almağa xidmət edir.

2014-cü ildən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin apardığı sözügedən cinayət işində bir çox QHT-lər vergidən yayınmada ittiham edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG