Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:49

Qazaxıstanı Olimpiya çempionu edən Nicat Rəhimovun fotoları

-
Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

APA-nın məlumatına görə, N. Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionu olub.

Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə qoyub.

Qeyd edək ki, N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.

Reuters Agentliyinin çəkdiyi fotoları təqdim edirik


Davamı

Bölmələr

XS
SM
MD
LG