Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Netanyahu Tehranı F-35 qırıcısı ilə hədələyir


Benjamin Netanyahu F-35 qırıcısını nəzərdən keçirir
Benjamin Netanyahu F-35 qırıcısını nəzərdən keçirir

2015-ci ildə İranla nüvə sazişini imzalamış Avropa ölkələri Tehranı uranın bu sənədlə ona verilmiş icazə limitindən daha yüksək dərəcədə zənginləşdirmək addımlarından geri çəkilməyə çağırıblar.

İyulun 9-da açıqlanmış birgə bəyanatda Almaniya, Britaniya, Fransa və Avropa İttifaqı rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan nüvə sazişinin bir neçə şərtlərini pozmasından “dərin narahatlıq” ifadə ediblər.

İran iyulun 8-də bəyan etmişdi ki, uranın zənginləşdirilməsində sazişin ona verdiyi 3, 67 faiz limitini aşıb və hazırda zənginləşdirməni 4, 5 faizə çatdırıb.

Tehran bildirib ki, Avropa ölkələrinin hərəkətsizliyindən və onu ABŞ sanksiyalarının nəticələrindən mühafizə etməkdə süstlüyündən yorulub.

Almaniya, Britaniya, Fransa və Avropa İttifaqı xatırladıb ki, İran nüvə sazişində qalmaq istədiyini bildirmişdi.

Bəyanatda deyilir ki, İran bu vədə uyğun olaraq sözü gedən fəaliyyətləri dayandırmalı və 2015-ci il nüvə sazişi şərtlərinin çərçivəsinə qayıtmalıdır.

Avropa tərəfindən bu sazişi imzalamış ölkələr bütün tərəfləri məsuliyyətli addımlar atmağa çağırıblar.

İran və ABŞ arasında artmaqda olan gərginliyin ardınca iyulun 9-da ABŞ prezidenti Donald Trump da İrana xəbərdarlıq edib.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian deyib ki, ABŞ İranla dialoqa həvəsləndirməklə gərginliyin azalıdılmasına kömək edə bilər.

İyulun 9-da Fransa Senatında çıxış edən Le Drian ABŞ-ı tənqid etməkdən çəkinməyib və deyib ki, Tehranın nüvə sazişinin iki şərtini pozması “pis qərara pis reaksiya” olub.

Fransa naziri bir tərəfdən Trump-ın ABŞ-ı nüvə sazişindən çıxarmaq qərarını, digər tərəfdən isə İranın aşağı dərəcəli uran ehtiyatı və uranın zənginləşdimə dərəcəsinin artırılması qərarını nəzərdə tuturdu.

Drian deyib ki, Fransa “potensial baxımdan təhlükəli eskalasiyanın azaldılması məqsədilə dialoq üçün məkan yaratmağa” çalışır:

"Amerikalılar hətta indi bu sazişə daxil olmasalar da nəzarətsiz eskalasiyadan və hətta fəlakətdən yan keçilməsi üçün dialoq məkanı yararadılması məqsədilə lazımi barışdırıcı jestlər edə bilər”.

Fransa prezidenti Emmanuel Macron-un baş diplomatikk müşaviri hazırda Tehranda danışıqlar aparır.

Yelisey Sarayının rəsmisi Emmanuel Bonne deyib ki, bu missiyadan məqsəd dialoqun bərpa olunmasıdır.

Bu arada 2015-ci il nüvə razılaşmassının qatı əleyhdarı olan İsrail baş naziri Benjamin Netanyahu iyulun 9-da İranın nüvə sazişinin şərtlərini pozması ilə bağlı Tehrana sərt xəbərdarlıq edib.

İsrail hərbi hava bazalarından birində supermüasir F-35 qırıcısının qarşısında çıxış edən Netanyahu deyib ki, “İran bu təyyarələrin İran və ən əsası Suriya da daxil Yaxın Şərqin istənilən yerinə çatmaq qabiliyyətini yadda saxlamalıdır”.

İsrail bundan əvvəl dəfələrlə bildirib ki, Tehranın nüvə silahı əldə etməsinə yol verməyəcək və bunun qarşısını almaq üçün bütün vasitələr masa üstündədir.

Tehran isə dəfələrlə bəyan edib ki, onun niyyəti nüvə silahı hazırlamaq deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG