Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:37

BMT İrana sanksiyaları bərpa edə bilərmi – Qərb mediası


Tehran bazarında xalça taciri, 2 iyul, 2019-cu il
Tehran bazarında xalça taciri, 2 iyul, 2019-cu il

İran iyulun 7-də elan edib ki, 2015-ci il nüvə sazişi çərçivəsindəki öhdəliklərinin icrasını məhdudlaşdırmağa davam edəcək. Tehran uran zənginləşdirmə faizini də qaldırdığını açıqlayıb.

2015-ci ildə qüvvəyə minmiş nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. 2016-cı ilin yanvarından BMT İrana sanksiyaların çoxunu qaldırdı. Vaşinqton 2018-ci ilin mayında nüvə sazişinin qüsurlu olduğunu elan edərək ondan çıxıb. “Reuters” agentliyi BMT-nin İrana sanksiyaları bərpa etməsi prosedurundan yazır.

İranda nüvə sərgisi, arxiv fotosu
İranda nüvə sərgisi, arxiv fotosu

Ümumiyyətlə, saziş çərçivəsində ortaya çıxan mübahisənin həlli üzrə birgə komissiya fəaliyyət göstərir. Bir tərəf digərinin sazişin öhdəliklərini pozduğunu düşünürsə Komissiyaya müraciət edir. Qurum üzvləri sazişə imza atan tərəflər – İran, Rusiya, Çin, Almaniya, Fransa, Britaniya və Avropa Birliyidir. Birləşmiş Ştatlar da sazişdən çıxanadək komissiyanın üzvü idi.

Birgə Komissiya məsələnin həllinə 15 gün ərzində baxır. Tərəflər mübahisənin həll olunmadığını düşünürlərsə, sazişi imzalamış ölkələrin xarici işlər nazirlərinə müraciət edirlər və onlar da məsələyə 15 gün ərzində baxırlar.

Məsələ ilkin 30 gün ərzində həll olunmazsa, Birgə Komissiya beş gün ərzində mübahisəni həll etmək məqsədilə məşvərət şurasının rəyini nəzərdən keçirir.

Şikayətçi tərəf bundan sonra da razı qalmazsa, “həll olunmamış məsələni saziş çərçivəsində öhdəliklərinin dayandırılması üçün əsas hesab edə bilər”. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasına müraciət oluna bilər.

Bundan sonra Təhlükəsizlik Şurası 30 gün ərzində İrana sanksiyaların yüngülləşdirilməsi üzrə qətnaməni səsə qoya bilər. Qətnamənin keçməsi üçün onu 9 ölkə dəstəkləməlidir, Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, yaxud Fransa tərəfdən veto qoyulmamalıdır.

30 gün ərzində belə bir qətnamə qəbul olunmazsa, BMT-nin öncəki qətnamələrində nəzərdə tutulan bütün sanksiyalar bərpa oluna bilər.

Honq Konqda yürüş, 7 iyul, 2019-cu il
Honq Konqda yürüş, 7 iyul, 2019-cu il

Onminlərlə etirazçı Honq Konq küçələrinə çıxıb

Bazar günü onminlərlə adam Honk Konq küçələrinə çıxıb, çoxları qara qısaqol köynəklər geyinib, bəziləri Britaniyanın müstəmləkəsi olduqları dövrün bayraqlarını qaldırıb.

Etirazçılar “Azad Honq Konq” şüarları səsləndirərək Çindən gələnlərin alış-veriş etdiyi ticarət bölgəsindən keçib, bu muxtar ərazini Çinlə birləşdirən yüksək sürətli dəmiryol stansiyasına yürüş ediblər.

Son bir ayda Honq Konqu etirazlar bürüyüb, şübhəlilərin Çinə verilməsinə qarşı çıxanlar küçələrə axışır. Honq Konq lideri Carrie Lam qanunvericiliyin qəbulunu ertələsə də nümayişçilər onun tamamilə ləğvini, Lam-ın istefasını tələb edirlər.

Təşkilatçılar bazar günü yürüşə 230 min, polis isə 56 min adamın qatıldığını bildirir.

“Materikdən gələnlərə dinc, zərif etirazımızı göstərmək istəyirik, çünki materikdə informasiya bloklanır. Onlara Honq konqluların əsl imicini və ismarıcını göstərmək istəyirik”, – yürüş təşkilatçısı Ventus Lau deyib.

ABŞ-da cinsi təcavüz qurbanlarına dəstək aksiyası, arxiv fotosu
ABŞ-da cinsi təcavüz qurbanlarına dəstək aksiyası, arxiv fotosu

Amerikalı multimilyonçu niyə saxlanıb

Amerikalı multimilyonçu və maliyyəçi Jeffrey Epstein şənbə günü ABŞ-da saxlanıb, seksual cinayətlərlə əlaqədə ittiham olunub. Hüquq-mühafizə orqanları onun federal həbsxanada saxlanacağnı bildiriblər, xəbəri NPR yayıb. Digər media orqanları Epstein-ın Nyu York yaxınlığında saxlandığını, 2000-ci illərin əvvəllərində törədilmiş seksual cinayətlər ittiham olunduğunu yazır.

“The Associated Press” xəbər verir ki, 66 yaşlı maliyyəçi bu gün məhkəmə qarşısına çıxarılacaq. Vəkili insidenti şərh etməyib.

Rəsmi mənbələrdən biri agentliyə bildirib ki, maliyyəçi həddi-buluğa çatmamış qızları Florida və Nyu Yorkdakı evlərinə çağıraraq zorlamaqda ittiham olunur.

Böyük investisiya fondunun meneceri olan Epstein keçmiş prezident Bill Clinton, Britaniya şahzadəsi Andrew, Prezident Donald Trump-ı özünün dostları adlandırıb.

Ötən il “The Miami Herald” federal prokurorlarla maliyyəçinin vəkilləri arasında mümkün əməkdaşlıq ehtimalından yazırdı.

XS
SM
MD
LG