Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:13

Pelosi Tayvanın ‘dinamik demokratiya’sına dəstək bildirib


Nensi Pelosi Tayvan parlamentdə
Nensi Pelosi Tayvan parlamentdə

Pelosi son 25 ildə Tayvana gedən ən yüksək rütbəli ABŞ rəsmisidir. O, Taybeyə Malayziyadan uçub. Daha sonra Yaponiya və Cənubi Koreyaya səfər edəcək

ABŞ Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin Tayvan səfəri başa çatıb. O, avqustun 3-də Tayvan liderlərinə deyib ki, Vaşinqton Çinin qarşı çıxmasına baxmayaraq öz idarəçiliyinə tətbiq edən adaya dəstəyindən əl çəkməyəcək.

“Amerikanın Tayvanda və dünyada demokratiyanı qorumaq əzmi qətidir”, – Pelosi Tayvan Prezidenti Tsai İnq-venlə görüşdə deyib.

O, Konqresdə hər iki partiyanın Tayvanı dəstəklədiyini deyib, adadakı demokratiyanı alqışlayıb.

Ancaq o, Vaşinqtonun Tayvana hərbi dəstəyindən danışmayıb.

Pelosi avqustun 3-də Tayvan qanunverici orqanının təmsilçiləri ilə də görüşüb.

Pelosiyə dəstək üçün təşəkkür edən Tsai Çinin ada ətrafındakı hərbi təlimlərini “gərəksiz reaksiya” adlandırıb.

ABŞ Prezidenti Co Bayden administrasiyası isə təkid edir ki, Amerikanın “vahid Çin siyasəti”ndə dəyişiklik baş verməyəcək. Pekini tanıyan Vaşinqton Taybeylə qeyri-rəsmi və müdafiə münasibətləri də qurub.

***

Avqustun 2-də Taybeyə gedən ABŞ Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi ölkəsinin Tayvanla həmrəyliyini bildirib. Bu səfər Pekinlə gərginliyi artırıb. Çin öz idarəçiliyini tətbiq edən adanı öz ərazisi hesab edir.

Pelosini Tayvanın Xarici işlər naziri Cozef Vu və ABŞ-ın Tayvandakı təmsilçisi Sandra Oudkirk qarşılayıb.

ABŞ rəsmisi Tayvana gəldi, Çin bəyanat verdi
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Çinin təhdidi

ABŞ Hava Qüvvələrinin nəqliyyat təyyarəsi ilə Taybeyə enən Pelosi qısa bəyanatında deyib:

“Konqresin nümayəndə heyətinin Tayvana səfəri Amerikanın Tayvanın dinamik demokratiyasına qətiyyətli dəstəyini göstərir. Amerikanın Tayvanın 23 milyonluq əhalisi ilə həmrəyliyi bu gün, dünyanın avtokratiya və demokratiya arasında seçimlə üzləşdiyi dönəmdə hər şeydən daha vacibdir”.

Çin Pelosinin səfərini dərhal pisləyib, bunun Tayvan Körfəzində sülhə və sabitliyə ciddi zərbə vurduğunu deyib. Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu səfər “Çin-ABŞ münasibətlərinin siyasi təməlinə ciddi zərbə vuracaq, Çinin suverenliyi və ərazi bütövlüyünün ciddi pozuntusudur”.

Tayvanı öz vilayəti hesab edən Çin gərəkərsə onu ilhaq edə biləcəyini deyir. Pekin ABŞ rəsmilərinin Tayvanla rəsmi kontaktını adanın onillərlə davam etmiş de fakto müstəqilliyini daimiləşdirməyə ürəkləndirmək cəhdi kimi görür. ABŞ isə iddianı rədd edir.

Çinin Xarici işlər naziri Vanq Yi avqustun 2-də deyib ki, Tayvan məsələsində “odla oynayan” ABŞ siyasətçiləri üçün “yaxşı olmayacaq”.

Pekini tənqid edir

Pelosi Tayvana səfərinin səbəblərini “Washington Post”da çıxmış məqaləsində izah edir. Məqalə o, Tayvana çatandan az sonra yayılıb. Pelosi Tayvanın demokratik idarəçiliyə sadiqliyini alqışlayır, son illər Tayvana təzyiqi dramatik şəkildə gücləndirmiş Çini tənqid edir.

O qeyd edir ki, 43 il öncə qanun kimi imzalanmış “Tayvanla Münasibətlər Aktı” Amerikanın demokratik Tayvan öhdəliyini müəyyənləşdirir, “sürətlə vacib tərəfdaşlığa çevriləcək iqtisadi və diplomatik münasibətlər üçün çərçivə yaradır”.

Pelosi yazır ki, ABŞ Tayvanın “sağlam demokratiya”sının indi Çinin təhdidi altında olduğunu unutmamalıdır.

O, Pekinin kəşfiyyat, bombardmançı, qırıcı təyyarələrinin sayını artırdığını, Tayvan hökumət qurumlarına onlarla kiberhücum həyata keçirdiyini, qlobal korporasiyalara adayla əlaqələri kəsmək üçün təzyiq etdiyini vurğulayır.

Azlıqlarla rəftar

Pelosinin məqaləsində Çinin Honq Konqda siyasi narazılara “qəddar divantutması”ndan, Pekinin müsəlman uyğurlar və digər azlıqlarla rəftarından da söz açılır. ABŞ bu rəftarı “soyqırımı” hesab edir.

O qeyd edir ki, Rusiyanın “Ukraynaya qarşı qəsdən, qanunsuz müharibə apardığı, minlərlə günahsız şəxsi, hətta uşaqları öldürdüyü bir dönəmdə Amerika və müttəfiqlərimizin avtokratlara boyun əyməyəcəyini aydın bildirməsi vacibdir”.

Tayvan Prezidenti Tsai İnq-ven avqustun 3-də Pelosi ilə görüşməlidir. Onun Çində insan haqlarının vəziyyətini açıq tənqid edən qrup fəalla da görüşəcəyi gözlənir.

Pelosi son 25 ildə Tayvana gedən ən yüksək rütbəli ABŞ rəsmisidir. O, Taybeyə Malayziyadan uçub. Daha sonra Yaponiya və Cənubi Koreyaya səfər edəcək.

Tayvanın Xarici İşlər Nazirliyi səfəri şərh etməyib. Ancaq gecə düşəndən sonra Tayvanın ən hündür binası olan “Taybey 101”in üzərində bu mesajlar görünüb: “Tayvana xoş gəldiniz”, “Spiker Pelosi”, “Tayvan ABŞ-ı sevir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG