Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:00

'Neftin qiymətinin Azərbaycan üçün kritik səviyyəsi'-media icmalı


Bakı, 19 iyun 2015
Bakı, 19 iyun 2015

Dünya bazarında neftin ucuzlaşmasının Azərbaycana mümkün təsirləri, qeyri-neft sektornun vəziyyəti və başqa bir sıra məsələlər medianın diqqət ayırdığı mövzularındandır...

“Brent nefti son 1 həftədə 10.19 faiz ucuzlaşıb”

“ Marja.az” saytı-nda “Neft gecə daha da ucuzlaşıb - AZƏRBAYCAN ÜÇÜN KRİTİK SƏVİYYƏYƏ YAXINLAŞDI” sərlövhəli yazı oxumaq olar.

Yazıda qeyd edilir ki, ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarını güclənməsilə əlaqədar olaraq “ qara qızıl” qiymətləri düşməkdə davam edir.

Müəllif bildirir ki, brent markalı neft daha 5,6 faiz ucuzlaşma ilə 61.69 dollara, ABŞ xam neftinin isə dəyəri 5,7 faiz aşağı düşərək 53.37 dollar olub:

“Ticarət müharibəsinin qlobal iqtisadi artımı, o cümlədən ABŞ və Çində iqtisadi inkişafı ləngidəcəyi və nəticədə neftə tələbin azalacağı proqnozlaşdırılır”

​Müəllif xatırladıb ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsində neftin qiymətini 60 dollar götürüb:

“Brent nefti son 1 həftədə 10.19 faiz, son 1 ayda isə 12.81 faiz ucuzlaşıb. ABŞ Prezidenti Donald Trampın Meksikaya 5 faiz gömrük vergisi tətbiq olunacağını açıqlaması və Çin tərəfindən ABŞ-a cavab veriləcəyinin siqnalının verilməsi qlobal ticarət müharibəsi narahatlıqlarını daha da artırıb”.

Yazıda bildirilir ki, qlobal birjalar düşməkdədir.

“Ölkə iqtisadiyyatındakı mənfi və müsbət tendensiyalar...”

Rəşad Həsənov, 16 fevral 2018
Rəşad Həsənov, 16 fevral 2018

“Yeni Müsavat” qəzeti-ndə “İlin ilk 5 ayı geridə qalır: Ölkə iqtisadiyyatındakı mənfi və müsbət tendensiyalar...” sərlövəhli yazı diqqət çəkir.

Müəllif ölkə iqtisadiyyatındakı mövcud durumu ekspertlərlə müzakirə edib.

İqtisadçı Rəşad Həsənov “musavat.com”a açıqlamasında 2019-cu ilin ilk 5 ayını ötən 3 illə müqayisədə daha proqressiv hesab edib:

“Həm iqtisadi inkişaf tempinin artması , həm əhalinin gəlirlərində artım, sosial-iqtisadi sferada qəbul edilən bəzi qərarlar bu istiqamətdə dinamikanı dəstəkləməkdədir. İqtisadiyyat bu dövrdə təxminən 3 faiz artım dinamikası nümayiş etdirib”.

​Amma ekspert bunu da vurğulayıb ki, bu artım daha çox qaz hasilatının kəskin şəkildə artması ( 36 faiz) hesabına baş verib.

Ekspertin deməisnə görə, qeyri-neft sektorunun böyüməsi nisbətən ləng gedir.

R.Həsənov bəzi vacib məqamları da qeyd etməyə ehtiyac duyduğunu bildirib:

“Onlardan ən vacibi ölkə başçısının 2018-ci ilin iqtisadi yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərdir ki, idarəetmə köhnəlib, yeni çağırışlara cavab vermir. Belə olduğu halda islahatlar müəyyən qədər daha qeyri-effektiv formada özünü təzahür etdirir”.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da bildirib ki iqtisadiyyatın real sektoruna yatırımların həcmini artırmadan ondan müsbət gözləntilər mümkün deyil:

“Artıq dördüncü ildir ki, ölkədə post-neft dövrü elan edilib və qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək ciddi qərarlar qəbul olunub. Nəticələr isə qəbul edilmiş qərarlara heç də uyğun deyil”.

Rəsmi statistikaya istinadən F.Yusofov qeyd edib ki, bu ilin 4 ayının nəticələri əvvəlki üç ayın göstəricilərindən geri qalır:

“ 2019-cu ilin birinci üç ayında Ümumi Daxili Məhsulun (ÜDM) artım sürəti 3 faiz təşkil etmişdisə, dörd ayın yekunlarında bu rəqəm 0,9 faiz azalaraq, 2,1 faizə enib. Dörd ayın yekunlarına görə ÜDM baş vermiş azalmanın əsas səbəblərinin qeyri-neft sektoruna yatırımların həcminin bir il öncəki dövrlə müqayisədə kəskin aşağı düşməsi ilə bağlı olduğu heç şübhəsizdir...”

Özəl sektor

Azərbaycan, Lerik rayonu Ərdəbil kəndi
Azərbaycan, Lerik rayonu Ərdəbil kəndi

“Azərbaycan” qəzeti-ndə isə “Məhsul istehsalının 80 faizi özəl sektorun payına düşür” sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə “ Yeni Müsavat” qəzetində dərc edilən və bundan əvvəl toxunulan yazıdan fərqli olaraq qeyri-neft sektorunun inkişafina dair tamam fərqli fikirlər yer alır:

“Danılmaz faktdır ki, həyata keçirilən islahatlar sayəsində qeyri-neft sektorunun inkişaf etməsi ölkədə iqtisadi sabitliyin təminatında mühüm rol oynayır. Qeyri-neft sektoruna aid olan müəssisələrin çoxu isə özəl sektora məxsusdur. Bu həm də o deməkdir ki, yerli sahibkarlar qeyri-neft sektorunun inkişafında xüsusi çəkiyə malikdirlər. Azərbaycanı seçən xarici investorlar da artıq neçə vaxtdır qeyri-neft sektoruna sərmayə qoymağa maraq göstərirlər”.

Yazıda mövzu ilə bağlı prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından bir sitat da təqdim edilir:

“Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk”.

​Yazının sonda isə oxuyuruq:

“Bir sözlə, görülən tədbirlər, aparılan islahatlar, verilən dəstək sayəsində Azərbaycanda özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə, sosial sektorun əsas sahəsinə çevrilib”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG