Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:35

Neftin 'yeni eniş zolağı' başlaya bilər


Neft qiymətləri son altı ayda dollarla ən aşağı həddə enib. Eyni zamanda dolların qiyməti qalxıb və beləliklə, başqa valyutalarla neft alanlar üçün onun qiyməti bahalaşıb.

Brent markasından olan neftin bir barreli son satışda 46, 70 dollar olub. Bu, mayın 5-dən bəri ən aşağı qiymətdir.

ABŞ neftinin qiyməti də düşüb və hazırda onun bir barreli 44, 32 dollaradır.

Ekspertlər bildirirlər ki, neft qiymətləri OPEC və qeyri-OPEC ölkələrinin hasilatı günə 1, 8 milyon barrelə endirməsinə baxmayaraq düşür.

OPEC-in qiymətləri qaldırmaq məqsədilə hasilatın ixtisarını daha 9 ay müddətinə uzatmaq barədə mayın 25-də qəbul etdiyi qərara baxmayaraq, həmin vaxtdan bəri neft 12 faiz ucuzlaşıb.

Səudiyyə Ərəbistanında bu yay hasilatın günə 7 milyon barreldən aşağı düşəcəyi gözlənilir. Rusiyada da hasilat son aylarda artmayıb.

Lakin əvəzində Liviya və Nigeriya bazara daha çox neft çıxarmaqla OPEC-in cəhdlərini heçə endiriblər.

Liviyada neftin hasilatı və ixracı ölkədə baş verən hərbi toqquşmalara görə tez-tez pozulurdu, lakin indi hasilat tamamilə sabitləşib.

Üstəlik Amerikada da neftin hasilatı son bir il ərzində 10 faiz artaraq gündə 9, 33 milyon barrelə çatıb.

Amerikada yay aylarında benzinə tələb adətən artır, buna baxmayaraq neft anbarlarındakı izafi neftin həcmi azalmayıb.

Beləliklə, həm Brent, həm də Texas nefti OPEC-in ötən noyabrda qəbul etdiyi qərardan bu yana qazandığı qiymət artımını indi tamamilə itirib.

Bir sıra ekspertlər neft qiymətlərində yeni bir eniş zolağının başlana biləcəyini bildirirlər.

Qlobal neft-qaz konsaltinq şirkəti FGE-nin qurucusu doktor Fereidun Fesharaki CNBC-yə deyib ki, neft qiymətləri gələn il üçün bir müddət 30-35 dollara enə bilər.

Ekspertin firkincə bunun başlıca səbəbi bazarda həddən artıq izafi neftin olmasıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG