Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 17:38

Nazirlər Kabinetində Vaşinqton razılaşmasının icrası müzakirə edilib


Kreml əvəzinə Ağ ev: 'TRIPP elə 'Zəngəzur dəhlizi' deməkdir'
Gözlə

No media source currently available

0:00 0:04:38 0:00

Kreml əvəzinə Ağ ev: 'TRIPP elə 'Zəngəzur dəhlizi' deməkdir'

Avqustun 26-da Azərbaycan Nazirlər Kabinetində prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) ilə bağlı əldə edilmiş razılığın əhəmiyyəti vurğulanıb. Layihənin regionda nəqliyyat əlaqələrinin inkişafına, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi diqqətə çatdırılıb.

Nazirlər Kabinetindən bildirilib ki, müvafiq tapşırıqların icrasından ötrü hökumətin gündəlik iş aparmasının zəruriliyi qeyd edilib.

Amma məlumatda gündəlik işin detalları açıqlanmayıb.

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Trampın iştirakı ilə görüşün nəticələri haqda bəyannamə imzalanıb. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılırdı.

XS
SM
MD
LG