Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:45

Azərbaycanlı müğənni azadlığa çıxıb ?


Nazir Həbibov
Nazir Həbibov

Türkmənistanda sevilən müğənnilərdən olan Nazir Həbibov azadlığa buraxılıb.

Bu yanvarın 20-də “Yutub”da yerləşdirilən videodan bəlli olur.

Qeyd edək ki, əslən azərbaycanlı olan Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir.

Turkmen TW kanalında göstərilən videoda müğəni ətrafında olan adamları Yeni il münasibətilə təbrik edir.

Onu Anqar keçəsində əhatə edən insanlarsa müğənnidən kişilərin adından bir mahnı oxumağı xahiş edirlər.

Həbsxana müəssisəinin yerləşdiyi bu küçə, camaat arasındacinayətkarlar aləmin toplaşdığı yer kimi tanınır.

Videoda həbsxana nəzarətçilərinə bənzər ,hərbi geyimli adamlar və güman ki, müğənnini aparmağa gəlmiş avtomobil də görünür.

Amma video kəsildiyindən müğənninin avtomobilə oturub-oturmadığı bilinmir.

AzadlıqRadiosunun Türkmənistan xidməti də

hələlik Nazir Həbibovun azadlığa çıxıb-çıxmadığını təsdiqləyə bilməyib.

Qeyd edək ki, Nazir Həbibov ötən ilin avqustunda narkotik ittihamı ilə həbs olunub, həmin ilin oktyabrında isə 12 il azadlıqdan məhrum edilib.

Həmin vaxt dövlət televiziyasına çıxarılan müğənni narkotik qəbul etdiyini etiraf eləmiş və buna görə üzr istəmişdi.

Amma AzadlıqRadiosunun Türkmənistan xidmətinə 2 mənbədən verilən məlumata görə, müğənni yüksək vəzifəli şəxslərdən birinin toy mərasiminə dəvəti qəbul edə bilmədiyinə görə, hesab verməli olub.

Buna səbəbsə, onun həmin vaxt əvvəlcədən başqa bir tanınmış ailənin toyuna vəd verməsi olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG