Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:04

İbrahim İbrahimli: ‘Naxçıvanda durum Bakıdakından pisdir’ [video]


'Vasif Talıbov deyir, oxuyun, adam olun da!' - Naxçıvanlı deputat
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

'Vasif Talıbov nə deyir? Deyir, oxuyun, adam olun da!' - Naxçıvanlı deputat

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oxunması zəruri olan kitabların siyahısını açıqlayandan sonra bu mövzu sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb.

Bəziləri hesab edir ki, hansı kitabları oxumağı müəyyənləşdirmək azadlıqlara müdaxilədir.

Buna da bax:​ Vasif Talıbov 'Oxunması zəruri kitablar'ı tövsiyə edir

Amma Milli Məclisdə Naxçıvan şəhərini təmsil edən deputat Eldar İbrahimov bu fikirlərlə razılaşmır, deyir ki, kitabların siyahısının arxası da gələcək:

Eldar İbrahimov
Eldar İbrahimov

“Naxçıvanda demokratiya var, özü də çox yüksək səviyyədə. Demokratiya özbaşınalıq demək deyil, demokratiya ən yüksək qayda-qanun deməkdir”.

"O kitab siyahısının arxası da olacaq. Vasif Talıbov deyir ki, oxuyun adam olun! İnsanları kitab oxumağa məcbur eləmir ki?! O adam sərəncam verib və bu kitabları tövsiyə edib. Oxuyursan, oxu, oxumursan oxuma".

"Azərbaycan yeganə belə məsələ Naxçıvandadır və Vasif Talıbovun rəhbərliyi ilə bu işlər həyata keçirilir, bunun nəyi pisdir?!”.

Buna da bax:​ Naxçıvan konstitusiyası da dəyişdi

AXCP Naxçıvan şəhər şöbəsinin sədri Yaşar Bağırsoy isə deyir ki, naxçıvanlılar da bu sərəncamdan danışırlar, onu bir az qeyri-normal hesab edirlər, deyirlər ki, tövsiyə və məcburiyyətlə kitabı sevdirmək olmaz.

Yaşar Bağırsoy güman edir ki, Vasif Talıbovun təqdim etdiyi siyahını büdcə təşkilatı işçilərinə məcburi oxutduracaqlar.

Yaşar Bağırsoy
Yaşar Bağırsoy

Avropa İnsan Haqları Məhkəməsi, bu quruma üz tutan səkkiz azərbaycanlı jurnalistin şikayətini araşdırmağa başlayıb. Onlarda ikisi Naxçıvanlıdır.

Buna da bax:​ Avropa Məhkəməsi 8 jurnalistin şikayətini araşdırmağa başlayıb

Həkimeldostu Mehdiyev Naxçıvanda müxalifətçilərin keçirdiyi aksiya zamanı tanımadığı şəxslərin zorakılığına məruz qaldığını bildirib. İlqar Nəsibov 2009-cu ildə Naxçıvan Dövlət Universitetində döyüldüyünü iddia edir.

Müxalif Milli Şuranın üzvü, əslən Naxçıvandan olan İbrahim İbrahimli deyir ki, Naxçıvanda durum Bakıdakından pisdir:

“Naxçıvanda ümumiyyətlə müxalifət fəaliyyət göstərmir, Naxçıvanda müstəqil jurnalist qalmayıb, ora qəzet getmir. Orada QHT fəaliyyət göstərmir. Orda internet zəifdir”.

Buna da bax:​ Naxçıvan DİN-i İlqar Nəsibovun döyülməsi ilə bağlı məlumat yayıb [foto-audio]

İbrahim İbrahimli
İbrahim İbrahimli

Biz Bakı sakinlərindən soruşmuşuq ki, sonuncu dəfə Naxçıvan haqqında hansı xəbəri eşidiblər.

Sonuncu dəfə Naxçıvan haqda nə xəbər eşitmisiz? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

AXCP-nin Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy deyir ki, Naxçıvanda azad mətbuat olmasa da, adamlar baş verənlərdən sosial şəbəkələr vasitəsilə xəbər tuturlar.

Onun sözlərinə görə, naxçıvanlıların bir vaxtlar toplaşıb müzakirələr apardığı çayxanalar siyasi hakimiyyətin qərarı ilə bağlanıb:

"Babək qəsəbəsində bir çayxana var. 3-4 il bundan qabaq beş dənə idi. Mənim yaşadığım Nehrəm kəndində əvvəllər 15 çayxana var idi. Burda 17 min adam yaşayır. İndi kənddə 2 çayxana qalıb".

Buna da bax:​ Naxçıvanda müstəqil jurnalist olmaq nə deməkdir?..

Amma Yeni Azərbaycandan Partiyasından deputat Eldar İbrahimov deyir ki, çayxanalar iqtisadi rəqabətə davam gətirə bilməyib bağlanıb, siyasi səbəbi yoxdur.

İndiyə qədər Naxçıvanda sakinlər bəzi qadağaların qoyulmasından şikayətləniblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG