Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:39

Vasif Talıbov 'Oxunması zəruri kitablar'ı tövsiyə edir


Vasif Talıbov şagirdlərlə birlikdə

Avqustun 28-i Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov «Oxunması zəruri olan kitablar haqqında» Sərəncam imzalayıb.

naxcivantv.az saytının xəbərinə görə, sərəncam gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edir.

«Bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq, təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılsın. Ali Məclisin Aparatı oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işini diqqətdə saxlasın», - sərəncamda vurğulanır.

Sərəncamla oxunması zəruri olan 30 kitabların siyahısı da təsdiq edilib.

Siyahının başında keçmiş prezident Heydər Əliyevin Azərbaycan xalqına müraciəti gəlir. Daha sonra orada dastan, atalar sözü, dünya və Azərbaycan ədəbiyyatından bəzi seçmələr yer alır.

Naxçıvan Muxtar Respublikası bəzi yasaqlar və Azərbaycanın digər ərazilərindən fərqli özəllikləri ilə seçilir. Yerli əhalinin bildirməsinə görə, muxtar respublikanın kəndlərində tədricən təndirlər azaldılır. Əhaliyə mağazalardan çörək almaq tövsiyə edilir. Kənd və rayon mərkəzlərində çayxanalar yığışdırılır. Bu, boş məşğuliyyətin qarşısını alma kimi izah edilir.

Üstəlik, yas yerlərində təmtəraqlı süfrə açmağın da şifahi şəkildə yasaqlandığı bildirilir. Verilən məlumata görə, bu da israfçılıq kimi izah edilir.

Yerli sakinlərin bildirməsinə görə, bütün bunlardan başqa, Naxçıvanda yalnız bu muxtar respublikada yığılan avtomobillərlə taksi fəaliyyətinə şərait yaradılır.

Bir neçə il əvvəl isə bildirilirdi ki, Naxçıvan şəhərində binaların balkonlarında zivədən paltar asmağa da icazə verilmir. Bunun isə şəhərin gözəlliyinə xələl gətirdiyi ilə izah edildiyi söylənir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG