Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:48

Nardaranda və Maştağada dindarlar həbs olundu


Polis
Polis

«Müsəlman Birliyi» Hərəkatının daha iki üzvü – Samir BabayevMahir Quliyev həbs olunub. Bu haqda AzadlıqRadiosuna dindar fəalların ailə üzvləri məlumat verib. Bildiriblər ki, Maştağa sakini olan S.Babayev fevralın 3-də Sabunçu rayonu, 14-cü polis bölməsinə çağrılaraq saxlanılıb. Yaxınlarının sözlərinə görə, Samirdən heç bir xəbər çıxmadığını görüb özləri də polis bölməsinə gediblər. Onlara deyilib ki, S.Babayevə 60 sutka inzibati həbs cəza verilib. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, S.Babayevin üzərindən narkotik tapılıb.

***Buna da bax-Taleh Bağırov: '20 il həbs verməklə ürəkləri soyumayıb'

Həbs olunan digər dindar fəal M.Quliyevə isə 30 sutka inzibati həbs cəzası verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılır.

M.Quliyev 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunub, 14 il 6 ay azadlıqdan məhrum edilmiş Abbas Quliyevin qardaşıdır.

Hər iki dindar fəalın yaxınları onların uzun müddətdir təqib altında olduğunu və saxta ittihamla həbs edildiklərini deyirlər.

Dindarların həbsi ilə bağlı rəsmi məlumat verilməyib.

***Buna da bax-Vəkil: ‘Alkoqolizmdən... əziyyət çəkəndən üzəduran kimi istifadə olunur’

S.Babayev 2017-ci il oktyabrın 5-də də polisə tabe olmamaq suçlaması ilə saxlanmış və ona 30 sutka həbs cəzası verilmişdi. Həmin həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılarkən S.Babayev məhkəmədə bildirmişdi ki, ona Sabunçu Rayon Polis İdarəsində işgəncə verilib - bədəninə cərəyan qoşulub, dəyənəklə döyülüb, təhqir olunub.

Xatırlatma

«Müsəlman Birliyi» hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. Amma təqsirləndirilən şəxslər ittihamları rədd edir, saxta olduğunu bildirirlər. Onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Amma idarənin əməkdaşları məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG