Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Nalbandyan ‘torpaqların qaytarılması’ bəyanatına ‘aydınlıq’ gətirir


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, onun bir neçə gün əvvəl Dağlıq Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılmasına dair Ümumerməni forumunda verdiyi bəyanat “kontekstdən çıxarılıb”.

Xatırladırıq ki, Rusiyanın Interfax agentliyinin yaydığı xəbərə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 18-də demişdi ki, Ermənistan Qarabağ tənzimlənməsi çərçivəsində Azərbaycanla “Qarabağa təhlükə təşkil etməyən ərazilərin” qaytarılmasını müzakirə edir".

Sentyabrın 18-də Yerevanda keçirilən 6-cı ümumerməni “Ermənistan-Diaspora” forumunda çıxış edən nazir bunu da bildirmişdi: "Burada söhbət o ərazilərin qaytarılmasından gedir ki, bu, təhlükəsizlik baxımından nə Qarabağ, nə də münaqişənin qızışması üçün hədə təşkil etməyəcək”.

Nalbandyan bunun ardınca əlavə etmişdi: "Başqa təfərrüatları bildirə bilmərəm, əks halda danışqılar pozular”.

İndi isə Ermənistan XİN-in sentyabrın 22-də verdiyi məlumata görə nazir sözü gedən forumda verdiyi bəyanata “daha təfərrüatlı aydınlıq” gətirmək istəyib.

Nazir deyib: “Mən Qarabağ probleminin tənzimlənməsinə dair Minsk qrupuna həmsədr ölkələrin liderlərinin bəyanatlarında olduğu kimi üç məlum prinsipdən və 6 elementdən danışmışam. Bu prinsip və elementlər həmsədrlərin özlərinin də dedikləri kimi, işlənib və tərəflərə tam vahid kimi təqdim olunub. Buradan hansısa prinsipin və ya məsələnin çıxarılması nizamlamanı mümkünsüz edəcək. Azərbaycan uzun illərdir ki, məhz bunu edir”.

Nalbandyan daha sonra deyib: “Ermənistan prezidentinin iki gün əvvəl BMT tribunasından dediyi kimi burada mühüm məsələ Artsaxın statusudur. Əgər status məsələsi həll olunsa, qalan məsələlər ədalətli və məntiqli şəkildə çözülə bilər, çünki bu məsələlər ikinci dərəcələdir. Mən dəfələrlə dediyimizi bir daha təkrar etmək istəyirəm. Bütün bu məsələlərin həlli yalnız Dağlıq Qarabağın iştirakı ilə mümkündür”.

Edvard Nalbandyan sentyabrın 23-də Nyu Yorkda Elmar Məmmədyarovla görüşəcəyini bir daha təsdiqləyib.

O deyib ki, bu danışıqlarda prezidentlərin görüşünün təşkili və həmsədrlərin regiona səfər cədvəli müzakirə olunacaq.

"Təfərrüatlı izahatın" arxasında nə dayanır?

Bir çox təhlilərin fikrincə, Nalbandyanın bu son bəyanatlarından əvvəl onun üzərinə Ermənistanın bəzi siyasi dairələrindən güclü təzyiqlər olub.

Ermənistan xarici işlər nazirinə tutulan iradları Ermənistan Milli Məclisi xarici əlaqələr komissiyasının keçmiş sədri Hovannes İgityan dilə gətirib.

Hovannes Igityan
Hovannes Igityan

İgityan Azatutyun radiosuna müsahibəsində deyib ki, “ola bilsin, Nalbandyanın torpaqların qaytarılması haqqında belə bəyanatlar verməsinə Lavrovun ona zəng etməsi səbəb olub”:

“Belə hallar keçmişdə də olub. Lavrovun özünün də dediyi kimi Edvard Nalbandyan Lavrovun zəngi ilə bəyanatlar verib”.

İgityan deyib ki, Nalbandyan sentyabrın 18-də Ermənistan-Diaspora forumunda səsləndirdiyi bəyanatlarda “iki metodoloji səhvə yol verib”.

İgityan bu iki metodoloji səhv barədə deyib: “Birincisi, əgər biz Azərbaycan tərəfindən səslənən bəyanatlara fikir versək görərik ki, bu bəyanatlarda Ermənistan həmişə təcavüzkar kimi təqdim olunur. Və bu kontekstdə Nalbandyan deyir: bəzi əhəmiyyətsiz torpaqları verək. Əvvəla o Ermənistanın xarici işlər naziri kimi danışır. Onun həmin torpaqlara nə dəxli var? Minsk qrupu münaqişə üçün belə bir model seçib: Bir Dağlıq Qarabağa təsir gücündən istifadə etməli olan Ermənistan Respublikası var, bir də özünün müdafiə ordusu olanvə bu torpaqlara nəzarət edən Dağlıq Qarabağ var”.

“Əgər o desəydi ki, çalşııb inandırarıq, bu yenə də başqa söhbət olardı. Amma o deyir ki, biz qaytarmalıyıq. Bu birinci səhvdir. İkincisi, Azərbaycan axır vaxtlar danışqılar prosesində ümumiyyətlə iştirak etmur, əksinə məsələni təzyiq, terror, silah hədəsi hesabına həll etməyə çalışır. Və bütün bunlardan sonra birdən-birə Ermənistan deyir: mən bu torpaqları qaytarıram. Belə çıxır ki, Azərbaycanın militarist təcavüzü bəhrə verir”.

Daha sonra siyasətçi Ermənistanın mövqeyinin necə olmalı olduğundan danışır: “100 fazilik təhlükəsizliyin təminatı üçün DQR öz statusuna malik olmalıdır”.

İgityanın fikrincə yalnız bundan sonra Ermənistan güzəştləri necə gördüyünü Dağlıq Qarabağa təqdim etməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG