Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 04:51

Nalbandian hansı ərazilərin qaytarılacağına yenə də aydınlıq gətirmədi


Edward Nalbandian

Ermənistanın xarici işlər naziri Edward Nalbandian Azərbaycana məhz hansı ərazilərin qaytarılmasının mümkünlüyünə aydınlıq gətirməkdən yenə də yayınıb.

Ona belə bir sualla sentyabrın 27-də Azadlıq Radiosunun Ermənistan xidməti müraciət edib.

Nalbandian Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasında olan təkliflərə bütöv şəkildə baxmağa çağırıb.

“Bir sıra sitat və şərhlər konteksdən çıxarılıb.Necə ki, indi bunu siz edirsiz. Çünki siz kiçik bir hissəyə toxunursuz, qalanlardan isə danışmırsız”,Nalbandian jurnalistlərə deyib.

Nalbandian qeyd edib ki, o hansısa konkret bir ərazidən danışmayıb, Minsk qrupuna həmsədrlik edən ölkə prezidentlərinin 5 bəyanatında nəzərdə tutulan 3 prinsip və 6 elementdən danışıb.

“Bu element və prinsipləri bir-birindən ayırmaq olmaz, onlar bütöv şəkildədilər.Bunları bir-birindən ayırmaqla nizamlanma mümkün deyil, hansı ki, bunu “Azərbaycan etmək istəyir”, indi isə siz etmək istəyirsiz”,nazir bildirib.

Nalbandianın sözlərinə görə həmin vaxt vurğulayıb ki, vacib məsələ Dağlıq Qarabağın statusu və təhlükəsizliyin təmin edilməsidir. Əgər bu məsələlər həll olunsa qalanları əmələ gələndir.

Buna da bax: Deputat: '...onlar Kəlbəcərdən, Laçından əl çəkmək niyyətində deyillər'

Qeyd edək ki, Nalbandian sentyabrın 18-də Yerevanda VI ümumerməni konfransında Dağlıq Qarabağ münaqişəsinin həllindən danışanda belə bir söz işlədib: “Söhbət o ərazilərin qaytarılmasından gedir ki, qaytarılması Dağlıq Qarabağın təhlükəsizliyinə və münaqişənin həllinə heç bir təhlükə törətməyəcək”.

Foto arxiv
Foto arxiv

Nalbandian hesab edir ki, Dağlıq Qarabağın erməni əhalisi müqəddaratını özü müəyyən etməli, Dağliq Qarabağın Ermənistanla təhlükəsiz quru və hava əlaqəsi olmalı və nəhayət qaçqınlar geri dönmək hüququ qazanmalıdır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG