Waldfriedhof Almaniyanın ən iri qəbirstanlıqlarından biridir. Münhendə yerləşən bu məzarlığın sahəsi 170 hektardır və orada 59 000 məzar var. 1955-ci ildə burada ilk dəfə Qafqazlılar üçün də ayrıca ərazi ayrılıb. Bu adamlar 2-ci dünya müharibəsindən sonra Münhündə məskunlaşanlardır. AzadlıqRadiosunun çeçen xidmətinin əməkdaşları həmin qəbirstanlıqda olublar, onların çəkdikləri fotoları təqdim edirik.
Münhendə Qafqaz qəbirstanlığı

1
Məzarlığın planı, müsəlman sektoru 271 və 271a nömrələri ilə nişanlanıb.

2
Məzarlığın müsəlman hissəsi buradan başlayır. Burada Krım, Türküstan, Şimali və Cənubi Qafqaz əsilli adamlar dəfn olunublar.

3
Müsəlmanların Waldfriedhof məzarlığında dəfn edilməsinin təşəbbüskarı İbrahim Hacıoğlu 1948-1956-cı illərdə Münhenin imamı olub. 1961-ci ilin mayından isə o Qərbi Avropa islam cəmiyyətinə rəhbərlik edib.

4
Görkəmli sovetoloq, yazıçı, ictimai xadim çeçenistanlı Abdurahman Avtorxanov.
Facebook forumu