Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:26

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib


İllüstrasiya

Bu gün, dekabrın 16-sı Müdafiə Nazirliyində 2017-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş tərkibdə iclas keçirilib.

Bu haqda nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.

Toplantıda hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənib. Qoşunların hazırlıq vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.

Toplantıda müdafiə naziri Z.Həsənovun 2017-ci ildə xidməti hazırlığın yekunları və 2018-ci tədris ilində qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənib.

Z.Həsənovun cari ildə görülən tədbirlərin təhlilini apardığı, mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırdığı bildirilir.

Nazirin həmçinin, 2018-ci tədris ilində qarşıda duran əsas vəzifələrin icrası ilə əlaqədar komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyduğu açıqlanıb.

Buna da bax: Ordudan yazmağa senzura var?

Günün bütün mövzuları

XS
SM
MD
LG