Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Yanvar, Cümə, Bakı vaxtı 22:31

Atəşkəs 39 dəfə pozulub


Foto: arxiv

Oktyabrın 30-da erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Azərbaycan ordusunun Qazax rayonunun Bala Cəfərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Multimedia

XS
SM
MD
LG