Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Baş prokuror: "MTN işində 65 zərərçəkən sahibkar var"


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov

►Baş prokuror hesabat verdi

“MTN işi” ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. 20 nəfərsə təqsirləndirilən şəxs qismində həbs olunub.

Bu haqda fevralın 5-də Baş Prokurorluqda 2015-ci ilin yekunları ilə bağlı keçirilən toplantıda baş prokuror Zakir Qaralovun hesabat çıxışında vurğulanır. Çıxışda bu sahədə ötən il baş verən önəmli olaylara toxunulur.

Hesabatda bildirilir ki, Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələri ilə bağlı 2015-ci ilin oktyabrında cinayət işi başlayıb.

Cinayət işi sahibkarlıq fəaliyyətinə müdaxilələr, sahibkarların telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi və digər qanunsuzluqlarla bağlıdır.

Cinayət işi üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib. 20 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bir nəfərinsə başqa yerə getməmək haqqında iltizamı alınıb. Daha bir nəfər haqqında həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilib. Prokurorluq cinayət işinə cəlb edilmiş şəxslərin adını açıqlamayıb.

130 epizod üzrə araşdırılan cinayət işində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb.

Ötən ilin oktyabrında prezident İlham Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudovu qəfildən işdən azad edib. Bundan sonra nazirlikdə həbslər başlanıb.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

XS
SM
MD
LG