Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 16:15

İraqın ikinci böyük şəhəri Mosulda hökumət qüvvələri "İslam Dövləti" qruplaşması(İŞİD) silahlılarını şəhərin qərb hissəsinə sıxışdırıblar. Şəhərin şərq hissəsi hələ yanvar ayından terrorçulardan azad olunub.

Polis general-leytenantı Raed Chaker-in dediyinə görə, hökumət qüvvələri Mosulun qərbindəki "Köhnə Şəhər" adlanan ərazini və Al-Nuri Məscidini əhatəyə almaq istəyirlər.

Şəhərin bu hissəsindən yerli sakinlərin kütləvi köçü başlayıb. Təxmini hesablamalara görə, əməliyyat başlayanda Mosulun qərbində 750 minədək mülki şəxs, təqribən 2 min İŞİD terrorçusu olub. Şəhərdə ərzaq və su çatışmazlığı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG