İraqın Mosul şəhərinin qərb hissəsinin "İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsinə başlanılıb.
Bu haqda İraqın baş naziri Haydar Ebadi məlumat verib.
Baş nazir deyib ki, Mosulun şərqi artıq terrorçulardan təmizlənib. Qərbi isə 3 aydır ordunun mühasirəsindədir.
Mosul İraqın ən böyük şəhərlərindən biridir. "İslam Dövləti" qruplaşması (İŞİD) şəhəri 2014-cü ildən ələ keçirib. Keçın ilin oktyabrından Mosulun terrorçulardan azad olunması əməliyyatına başlanılıb.