Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Rusiya Ermənistanı dəstəksiz qoyarmı?


Telefon rüsumlarının dəfələrlə qaldırılması kimlərə zərbə olacaq?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Telefon rüsumlarının dəfələrlə qaldırılması kimlərə zərbə olacaq?

Son həftələr ərzində Rusiya və Ermənistan arasında gərginlik hissolunacaq dərəcədə artır. Rusiya Cənubi Qafqazdakı yeganə müttəfiqi ilə münasibətlərini korlamamaq üçün diplomatic gedişlər edir.

Məsələn bu həftənin əvvəllərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda keçmiş hakimiyyətin nümayəndələrinin təqibindən narahat olduğunu bildirib.

Moskva başqa işarələr də verir. Rusiyanın “Kommersant” qəzeti yazır ki, Moskvanın Ermənistana 100 milyon dollarlıq silah verməsi sual altındadır. Qəzet bildirir ki, bunu Rusiya dövlətindəki mənbələrə istinadla yazır.

“Kommersant” yazır ki, Ermənistanın indiki hakimiyyətinin keçmiş liderləri təqib etməsi, özəlliklə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Khachaturov-un cinayət məsuliyyətinə cəlb olunması Kremli qəzəbləndirib. Moskva sonuncu insidenti hərbi blokun imicinə ciddi zərbə sayır.

AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb ki, “Kommersant”ın yazdığını bu gün, avqustun 3-də, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Fomin təkzib edib, deyib ki, bu, yalnış məlumatdır.

Moskva Pashinian-ı hakimiyyətə gətirən inqilabı xoşlamır

Moskvada, müstəqil siyasi təhlilçi, Jamestown Fondunun araşdırmaçısı, Pavel Felgenhauer isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, iki ölkə arasında gərginlik mövcuddur və bu, Nikol Paşinyanı hakimiyyətə gətirən inqiliabla başladır:

“Moskvada rəngli inqilabları və inqilabçı rejimləri sevmirlər. Moskva hesab edir ki, bu həbs ona meydan oxumaqdır. Ermənistanın indiki hakimiyyəti və rəsmi Moksva arasında münasibətlər kifayət qədər gərgindir. Bu gərginliyin real münasibətlərə necə təsir edəcəyi hələ qeyri-müəyyəndir, amma ola bilər ki, silah satışı dayandırılsın. Məqsəd isə Ermənistan rejiminə təsir etməkdir ki, “xuliqanlıq” etməsinlər”.

Polis anti-Rusiya aksiyası keçirməyə hazırlaşan fəalı saxlayır
Polis anti-Rusiya aksiyası keçirməyə hazırlaşan fəalı saxlayır

Bakıda, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə deyir ki, Rusiyanın özünün durumu elədir ki, Ermənistanı əvvəllər olduğu kimi dəstəkləməyə heç iqtisadi durumu da imkan vermir, buna siyasi marağı da qalmayıb:

“Həm Rusiya marağını itirib Ermənistana, həm də Ermənistan ictimaiyyəti və siyasətçiləri başa düşüblər ki, onların geopolitik layihəsi, yəni, Rusiyanın burda hansısa maraqları müdafiə etməsi, Ermənistanı həm iqtisadi, həm də siyasi böhrana gətirib çıxarıb. Bu baxımdan başa düşürlər ki, gərək geostrateji istiqamət dəyişsin və Qərblə daha sıx əlaqəyə girirlsin. Çünki bildiyiniz kimi Ermənistanda demoqrafik böhrandır, milyondan çox insan Ermənistanı tərk edib”.

Yerevandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr Iskandarian isə “Kommersant” qəzetibnə deyib ki, Ermənistandakı olayları ölkənin xarici prioritetləri ilə əlaqələndirmək düzgün deyil:

“Hazırda Ermənistanda baş verənlər ölkəiçi siyasi prosesin məntiqidir. Buna hakimiyyətə yeni gələn elitayla köhnə elitanın qarşılıqlı münasibəti kontekstində baxmaq lazımdır. Bu hadisələrdə xarici siyasət elementləri yoxdur. Ancaq onun nəticələri heç də həmişə yaxşı dəyərləndirilmir”.

Ermənistan onsuz da zəifləyirdi...

Bəs baş verənlər Qarabağ ətrafında yeni vəziyyət yaradırmı?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan onsuz da zəifləyirdi, ən yaxın müttəffiqini itirmək onun durumunu daha da pisləşdirəcək:

“Ermənistan indi böhrandadır. Hərbi baxımdan hamı başa düşür ki, balans pozulub. İqtisadi baxımdan bizimlə rəqabət edə bilməz. Demoqrafik baxımdan bizim əhalimizin artımı onların əhalisinin artımı ilə müqayisəyə gəlmir. Xarici siyasəti götürsək, görərik ki, onlara siyasi dəstək verən ölkə, artıq onlardan uzaqlaşıb. Amma Azərbaycan və Türkiyə bir-birinə çox yaxınlaşıb. Bu baxımdan götürəndə, biz qələbəyə, bizim istədiyimiz qələbəyə yaxınlaşırıq. Amma biz prosesləri gözləməliyik”.

Moskvada, Pavel Felgenhauer deyir ki, Rusiya, heç vaxt yalnız Ermənistanı da dəstəkləməyib, çünki ona hər iki tərəfi əldə saxlamaq sərf edib. Felgenhauer deyir ki, Ermənistan üçün Rusiyanın verdiyi hərbi qarantiya Türkiyə ilə bağlı olub, Azərbaycanla yox. Odur ki, Rusiyanın Ermənistandakı hərbi bazası olduğu kimi qalacaq. Onun sözlərinə görə, amma Qarabağ ətrafında gərginlik artsa, Rusiya bu dəfə neytral qala bilər.

Bakıda, siyasi şərhçi Zərdüşt Əlizadə bu fikirlə razlaşmır və deyir ki, bu gərginlik müvəqqətidir, Rusiya Qarabağ münaqişəsində aparıcı rolundan əl çəkən deyil:

“Rusiya heç vaxt qoymaz ki, münaqişə bu və ya digər şəkildə kiminsə xeyrinə həll olunsun. Paşinian devriləndən sonra da, Qarabağ münaqişəsi bizim xeyrimizə həll olunmayacaq”.

Zərdüşt Əlizadə deyir ki, Paşinian dəfələrlə qərbyönümlü olmadığını səsləndirib və heç qərbyönümlü siyasət də yürütmür.

AzadlıqRadiosu Ermənistan-Rusiya münasibətləri və bunun Dağlıq QÜarabağ münaqişəsinə mümkün təsiri barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Rusiya və Ermənistanın münasibətlərindəki gərginlik Qarabağ probleminə necə təsir edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Nikol Paşinian hakimiyyətə gələndən sonra keçmiş prezident Robert Kocharian konstitusiya quruluşunu devirmək ittihamı ilə saxlanıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Khachaturov-a da eyni ittiham verilib, amma o, zaminə buraxılıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov keçən ayın sonu demişdi ki, Ermənistanda son baş verənlər, narahatlıq yaradır.

O bildirmişdi ki, bunlar, Ermənistanın yeni rəhbərliyinin özündən əvvəlki hakimiyyəti siyasi motivlərlə təqib etməyəcəyi ilə bağlı bəyanatlari ilə uzlaşmır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG