Moskva məhkəməsi Kremlin yaxınlığında piyadaları vuraraq yeddi nəfərə xəsarət yetirmiş qırğız taksi sürücüsünün məhkəməyə qədər iki ay müddətində həbsdə saxlanması barədə hökm çıxarıb.
Sürücü Chingiz Anarbekin vəkili iyunun 18-də deyib ki, onun müştərisi hökmdən apellyasiya ərizəsi verəcək.
Anarbekin taksisi iyunun 16-da Moskvanın mərkəzində turistlərin sıx olduğu Qırmızı meydanın yaxınlığında səkinin üstünə çıxaraq piyadaları vurub.
Xəsarət alanların arasında hazırda Rusiyada keçirilən Dünya Kubokuna gəlmiş iki meksikalı azarkeş də var.
28 yaşlı Anarbek məhkəmədə bildirib ki, hadisədən əvvəl 20 saat yuxusuz olduğundan qaz və əyləci səhv salıb.
O təqsirini başa düşdüyünü və xəsarət alanlardan üzr istədiyini deyib.
İyunun 18-də Kremlin sözçüsü insident nəticəsində heç kimin həlak olmamasından rahatlıq ifadə edib.
Prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib: “Biz rahat nəfəs aldıq”.