Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:02

Moskvada taksinin vurduğu piyadaların arasında Azərbaycan vətəndaşlarının olduğu deyilir


Hadisə yeri
Hadisə yeri

Moskavın mərkəzi küçələrindən birində taksinin piyadalara çırpılması nəticəsində Rusiyada keçirilən Dünya Kubokuna gəlmiş Meksika azarkeşləri də daxil bir neçə nəfər xəsarət alıb.

Moskva hakimiyyət orqanları taksi sürücüsünün sürücülük vəsiqəsində qırğız soyadının yazıldığını xəbər verib.

Bu da bildirilir ki, iyunun 16-da baş vermis bu qəza zamanı sürücü avtomobilin idarəsini itirib və taksi Qırmızı meydanın yaxınlığındakı küçənin səkisinə çıxıb. Hadisə nəticəsində turistlərin gur olduğu bu yerdə 7 piyada xəsarət alıb.

Hadisənin sosial mediada yayılmış videosunda görünür ki, nəqliyyatın dayandığı küçədə taksi qəfildən peyda olaraq səkiyə çıxır və adamlara çırpılır. Bundan sonra sürücü onu saxlamaq istəyənlərdən qaçıb qurtarmağa çalışır.

Moskva şəhər polisi bildirib ki, ilkin təhqiqat qəzaya sürücünün avtomobilin idarəsini itirməsinin səbəb olduğunu göstərib.

Moskva meri Sergei Sobyanin də Twitter-də “bu xoşagəlməz insidentə nəzarətin itirilməsinin” səbəb olduğunu yazır.

Polis bildirib ki, hadisə zamanı ölüm halı qeydə alınmayıb, amma xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Polisin məlumatında deyilir ki, sürücü saxlanıb və hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Şəhərin nəqliyyat rəsmiləri 28 yaşlı qırğız sürücünün fotosunu yayıb. Sürücü qəzanın bədbəxt hadisə olduğunu deyir.

Polisin yaydığı videoda isə sürücü çaşaraq əyləc əvəzinə qazı basdığını söyləyib.

Qırğızıstanın Moskvadakı səfriliyindən AzadlıqRadiosuna bildirilib ki, Bişkək hadisələrin gedişini izləyir.

Meksikanın Moskvadakı səfirliyindən isə bildirilib insident zamanı iki Meksika vətəndaşı “yüngül xəsarətlər” alıb.

Rusiyanın TASS agentliyi xəbər verirm ki, xəsarət alanlardan ikisi meksikalı, ikisi rusiyalı və biri ukraynalıdır.

RIA Novosti agentliyinin məlumatında qeyd olunur ki, xəsarət alanların arasında iki Azərbaycan vətəndaşı da var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG