Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:14

Azərbaycanda dindarlıq rəsmi peşəyəmi çevrilir? [video]


Dindarlara dövlətdən maaş verilməsi nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Dindarlara dövlətdən maaş verilməsi nəyi dəyişəcək? [A-Live]

Gələn ilin fevralından Azərbaycanda din xadimləri rəsmi maaş alacaqlar. Bu haqda dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.

Mübariz Qurbanlının sözlərinə görə, hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi müzakirə olunur:

“Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam-naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əmək haqqı alacaqlar. Əməkhaqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var”.

Buna da bax: Din xadimlərinə rəsmi maaş verilə bilər

Komitə sədri məsələnin ictimai-siyasi əhəmiyyəti barədə ətraflı bir söz deməyib. Amma o məlumdur ki, din adamlarına maaş yanvar ayından fəaliyyətə başlayacaq Mənəvi Dəyərlərin Təbliği Fondundan verilməlidir. Bu Fond 2017-ci ilin oktyabrında prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Nizamnaməsinə görə bu qurum Mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya təşkilatıdır. Himayəçilər Şurasının direktor və heyəti yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.​

Buna da bax: Nardaran hadisələrindən 2 il ötdü [Video]

Elşad Miri
Elşad Miri

İlahiyyatçı Elşad Miri ölkə.az saytına şərhində qeyd edir ki, din xadimlərinə əməkhaqqı verilməsi doğru, hətta gecikmiş addımdır, Bu cür maliyyələşmə digər ölkələrdə də var. Amma ilahiyyatçı həm də onu vurğulayır ki, dindarlıq peşə ola bilməz, buna gəlir yeri kimi yanaşılması doğru deyil:

“Bu gün kimsə yuxuda nənə-babasını və ya vəfat etmiş yaxınlarını görürsə, islamda olmadığı halda pulla “Quran” oxudurlar. Yəni, qəbir üstə, yas məclislərində “Quran oxumaqla” pul qazanırlar. Başqa sözlə “Quran oxumağı” bir peşə halına gətiriblər”.

Buna da bax: WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

Filosof Niyazi Mehdi isə sual edir ki, dövlət dindən ayrıdırsa, o zaman din xadimləri dövlət hesabına necə maliyyələşdirilə bilər:

Niyazi Mehdi
Niyazi Mehdi

“Məsələn, Türkiyədə də bu təcrübə var. Görünür, din dövlətdən ayrı olan ölkələrdə bu cür addımın atılmasında bir məqsəd ola bilər. Din xadimlərinin ələ baxımlığının qarşısını almaq. Amma Azərbaycanda müəllim, həkim və dövlət büdcəsindən maliyyələşən təşkilatların özlərinin əməkhaqqı çox aşağıdırsa, din xadiminə nə maaş verəcəklər ki? Ona görə də mən hesab etmirəm ki, bu qərarla din xadimlərinin ələ baxımlığının qarşısını almaq mümkün olacaq”.

Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'

Mənəvi Dəyərlərin Təbliği Fondunun nizamnaməsində göstərilir ki, məqsəd dini etiqad sahəsində maarifləndirmə, mənəvi dəyərlərin qorunması və inkişafı, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların gerçəkləşdirilməsidir. Siyasi şərhçi Azər Rəşidoğlu düşünür ki, bu məqsədlərə çatmaq üçün ilk növbədə dini qurumların xarici təsir qüvvələrindən qorumaq lazımdır:

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

“Azərbaycanda bəzi dini icmalar və cərəyanlar xaricdən maliyyələşir. Son nəticədə bu da gənclərinin beyninin yuyulması və məzhəb savaşının alovlanmasına gətirib çıxara bilər. Buna görə də dövlət dini sferaya nəzarəti mütləq ələ almalıdır. Azərbaycan ruhaniləri başqa bir işlə məşğul olmurlarsa, onlara əməkhaqlarının verilməsi müsbət bir haldır. Amma mən düşünmürəm ki, bu xarici təsirlərin, və xaricdən maliyyələşmənin qarşısını ala bilər”.

Buna da bax: 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

Biz Bakı sakinlərini də müzakirələr qatmışıq. Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə Bakıda ayaqüstü rastlaşdığımız vətəndaşların da münasibətini öyrənmişik:

Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Hökumət rəsmiləri son illər kəbinlərin kəsilməsi, yas mərasimləri ilə bağlı müzakirələr aparır. Bu sahənin gəlir mənbəyinə çevrilməsinin qarşısını almaqla bağlı addımlar atdığını bəyan edirlər. Milli Məclisin regional məsələlər komitəsi dekabrın 19-dakı iclasında isə qəbiristanlıqların idarəsi, abadlığı və saxlanması bələdiyyələrin səlahiyyətinə verilməsini müzakirə edib. Bu “Bələdiyyələrin statusu haqqında“ qanuna dəyişikliklərin təsdiqindən sonra qüvvəyə minəcək.

Buna da bax: Özbəkistan və Tacistanda dinə münasibət necə dəyişir?

Azərbaycanda ənənəvi olaraq yas mərasimlərinin idarə olunması, meyitin yuyulmasından, dəfninin təşkili kimi məsələlərdə mollalara bir miqdarda pul ödənir. Bu sahənin son vaxtlar az qala gəlirli biznesə çevrildiyi barədə tənqidlər də çoxalır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG