Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:29

“Möcüzə qadın” filmini yəhudi aktrisaya görə qadağan ediblər


Gal Gadot və onun filmdəki qəhrəmanı
Gal Gadot və onun filmdəki qəhrəmanı

İsrailin Haaretz qəzeti yazır ki, “Livanda Ehud Barak bu ölkəyə qadın paltarında hücum edəndən bəri yəhudi qadından belə qorxmayıblar”.

Amma Huffington Post yazır ki, burda söhbət qorxudan yox, sadəcə olaraq Livanda İsraillə bağlı ən kiçicik nə varsa ona müqavimət göstərmək siyasətindən gedir.

Livanın Daxili İşlər Nazirliyi məşhur “Möcüzə qadın” (Wonder Woman) filmini baş rolu oynayan aktrisanın yəhudi olduğuna görə qadağan edib.

Livan İsraili rəsmən “düşmən ölkə” hesab edir və bu ölkə ilə hər hansı biznes və ticarət əlaqələrini qadağan edib.

Bu səbəbdən də Beyrutun əsas kinoteatrlarında əvvəlcədən elan edilmiş premyeralar ləğv edilib.

Warner Brothers şirkətinin yerli nümayəndəsi xəbəri təsdiq edib.

Livan DİN-in bəyanatında deyilir ki, film burada İsrail ordusunun əsgəri Gal Gadot-un iştirakına görə qadağan edilib.

Lakin Livanda özəl prokatçı olan Tony Chacra təəssüfünü ifadə edərək deyib ki, bu filmin İsrail dövləti ilə heç bir əlaqəsi yoxdur.

O bildirib ki, filmin göstərilməsinə əvvəlcə icazə verilib və indi batan pulların kim tərəfindən ödəniləcəyi məlum deyil.

Chacra bunu da əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Oman da daxil əksər ərəb ölkələri filmin göstərilməsinə icazə veriblər.

Maraqlıdır ki, Livan eyni aktrisanın bundan əvvəl oynadığı “Batman və Supermen” filminin onun kinoteatrlarında göstərilməsinə icazə vermişdi.

Lakin filmin qadağan edilməsi üçün kampaniya aparan Samah Idriss qadağana görə “Allaha şükürlər” edib.

İsrail və Livandakı Hizbullah arasında 2006-cı ildə bir ay davam edən müharibə olub. İsrail Suriyadakı şiə döyüşçülərə də hava zərbələri endirib.

İranın dəstəklədiyi Hizbullah Livanda 1982-2000-ci illərdə baş vermiş İsrail işğalına son qoyulmasında əsas rol oynayıb.

Bütün bunlara baxmayaraq Patty Jenkins-in filmi premyera günündə “kassa rekordu” vurub.

Ötən həftəsonu ərzində Gal Gadot-un baş rolu oynadığı “Möcüzə qadın” filminə 223 milyon dollarlıq bilet satılıb.

Bu, Amerika tarixində qadın rejissor tərəfindən çəkilmiş ən gəlirli filmdir.

Bundan əvvəlki rekord “Bozun əlli çaları” filminə məxsus idi. Sam Taylor-Johnson-un filmi premyera günündə 85 milyon dollar qazanc gətirmişdi.

Bununla belə, qlobal ekranlarda birincilik elə “Bozun əlli çaları” filmində qalır. Həmin filmin premyerasına bütün dünya boyunca 242 milyon dollarlıq bilet satılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG