Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:07

Həmsədr ölkələr birbaşa dialoqu dəstəkləyir


Qarabağ müharibəsi vaxtı Gəncə şəhərinə raket hücumları olmuşdu
Qarabağ müharibəsi vaxtı Gəncə şəhərinə raket hücumları olmuşdu

Həmsədr ölkələr Azərbaycan-Ermənistan sərhədində son insidentlərdən narahatlıq bildirir

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Azərbaycanla Ermənistan arasında Minsk qrupunun həmsədrliyi altında birbaşa dialoqun bərpasını dəstəkləyir. Bu haqda həmsədr ölkələr dekabrın 7-də bəyanat yayıblar. Bəyanat ABŞ-ın Dövlət katibi Entoni Blinken, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Fransanın Xarici işlər naziri Jan İv-Lö Drianın adından yayılıb.

Həmsədr ölkələr tərəfləri xarici işlər nazirlərinin sentyabrda Nyu Yorkda, noyabrda isə Parisdə keçirilmiş görüşlərini, eləcə də regionda davamlı sülh üçün liderlik səviyyəsində təmasları davam etdirməyə səsləyib.

Humanitar məsələlərin həlli

Üç ölkə Azərbaycanla Ermənistanı qızışdırıcı ritorika və təhrikedici hərəkətlərdən çəkinməyə, ötən il 9 noyabr və bu il 26 noyabr bəyanatlarında öhdəlikləri yerinə yetirməyə çağırır. Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imza atdığı bəyanatlardan gedir.

Bəyanatda deyilir ki, saxlananlar, ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin könüllü qayıdışı, tarix və mədəniyyət abidələrinin qorunması kimi humanitar məsələlər üzrə konkret proqresin əldə olunması üçün tərəflər həmsədrlərin vasitəçiliyi ilə əməkdaşlığı davam etdirsinlər. Bu, sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi vacib məsələlərin həllinə də aiddir.

Həmsədr ölkələr Azərbaycan-Ermənistan sərhədində son insidentlərdən narahatlıq bildirir, sərhəd mübahisəsini gücdən istifadəylə həllinin, yaxud belə bir təhdidin qəbuledilməz olduğunu vurğulayır. Humanitar hüququn tələblərinə əməl etmək öhdəlikləri tərəflərə xatırladılır. Beynəlxalq təşkilatların münaqişənin təsir göstərdiyi ərazilərə və əhaliyə çıxışına bütün məhdudiyyətləri dərhal qaldırmaq çağırışı edilir.

Regiona səfər

Bəyanat müəllifləri tərəfləri həmsədrləri mümkün qədər tez regiona çağırmağa, onların vəziyyəti yerində dəyərləndirməsinə imkan verməyə səsləyirlər. Onlar həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisinin regionda işini davam etdirməsinə, tərəfləri tam əməkdaşlığa həvəsləndirməsinə dəstək ifadə edirlər.

Minsk qrupunun həmsədr ölkələri öz mandatlarına uyğun olaraq, Cənubi Qafqazda təhlükəsiz, sabit, firavan və dinc gələcək naminə, Dağlıq Qarabağ münaqişə ilə bağlı, yaxud onun nəticəsi olan bütün məsələlərin hərtərəfli həllinin tapılmasından ötrü tərəflərlə işləməyə hazır olduqlarını bildirirlər.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf rayona nəzarəti bərpa edib. Amma sərhədlərin demarkasiyası və delimitasiyası başlanmayıb.

Noyabrda baş verən sərhəd toqquşmalarında hər iki tərəf itki verib.

ATƏT-in Minsk qrupu münaqişənin sülhlə tənzimlənməsi üçün vasitəçilik edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG