Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:24

Bakı metrosunda tüstülənmə - zəhərlənənlər var [video]


Tüstülənən metrodan görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Tüstülənən metrodan görüntülər

Bu gün, martın 15-i axşam saatlarında metronun “28 may” stansiyasından “Gənclik” stansiyasına gedən tuneldə tüstülənmə baş verib. Rəsmi məlumata görə bir neçə sərnişin zəhərlənib. Amma tələfat yoxdur.

Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edilir ki, tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb. Amma hələlik bu mənbənin nə olduğu açıqlanmayıb. Nazirlik hadisə ilə bağlı əlavə məlumat verəcəyini bildirir.

Sərnişinlərin metronun “28 may” stansiyasına girişi bir müddət qapadılıb. Tüstülənmənin qarşısı alındıqdan sonra stansiyaya girişin yenidən bərpa edildiyi bildirilir.

Buna da bax:​ Metronun xərci çoxalıb

- WhatsApp nömrəmiz: (+420) 778 711 700 Hadisəni çəkmisinizə bizə göndərə bilərsiz

Buna da bax: Qəza törədən avtobus qanunsuz işləyirmiş? [yenilənib]

* * *

Naqillərdə qısaqapanma baş verib

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baş verən hadisənin səbəbi ilə bağlı açıqlama yayıb.

O deyib ki, metronun “28 may” stansiyasından “Gənclik” stansiyasına gedən tuneldəki naqillərdə qısaqapanma nəticəsində qızma olub və onların izolyasiya hissəsi əriyib.

“Bu səbəbdən tüstülənmə yaranıb. Tüstü həm “Gənclik”, həm də “28 May” stansiyasında müşahidə edilib” - deyə o, qeyd edib.

O, deyib ki, sərnişinlərin sağlamlığına ciddi bir təhlükə yaranmayıb. Yalnız bir neçə nəfər tüstü nəticəsində özünü pis hiss edib və onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG