Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 05:57

'Anonim qalmaq fundamental insan hüququdur'


Whatsapp
Whatsapp

Rusiya vətəndaşlarının messencerlərdən anonim istifadəsini yasaqlayan qanun layihəsi dəstəklənir. Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar üzrə federal xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Zharov bildirib ki, bunda söz azadlığına hücum komponenti yoxdur.

RABİTƏ OPERATORLARIYLA MÜQAVİLƏ BAĞLASINLAR

Messencerlərə qeydiyyatdan keçməmiş istifadəçilərin məlumatlarını ötürməyi yasaqlayan qanun layihəsini Dövlət Dumasına üç siyasi partiya təqdim edib: «Yedinaya Rossiya», «Spravedlivaya Rossiya» və KPRF (Kommunist Partiyası).

***Buna da bax-Skype, WhatsApp danışıqları yasaqlanır? [video]

Qanun layihəsinin müəllifləri «Telegram», «Viber», yaxud «WhatsApp» kimi messencerlərin sahiblərinə istifadəçilərin mobil nömrələrdən identifikasiya edilə bilməsindən ötrü rabitə operatorları ilə müqavilə bağlamağı təklif edirlər. Bundan başqa, messencerlər Rusiya Federasiyasının nəzarət orqanlarının və məhkəmələrinin qərarlarına əsasən, məlumatların ötürülməsini bloklamalı, dövlət orqanlarının məlumatlarını ötürməli olacaqlar.

Anonimlik hüququ fundamental, əsas insan hüquqlarından biri olaraq qalır. Bunu «Roskomsvoboda» ictimai təşkilatının hüquqşünası Sarkis Darbinian messencerlərdə anonimliklə mübarizənin praktikada necə görünməsindən danışarkən bildirib.

«Vətəndaşlar ictimai yerlərə tamamilə anonim gəlirlər. Yəni, kafedə, yaxud restoranda heç kəs onları şəxsiyyətlərini təsdiqləmək üçün pasportlarını kafe sahibinə göstərməyə məcbur etmir. İstifadəçilər çox zaman anonim qalmağa üstünlük verirlər. Həmişə olmasa da, tez-tez», – deyə o bildirib.

Azadlıq heykəli və «Telegram» (Foto illüstrasiya)
Azadlıq heykəli və «Telegram» (Foto illüstrasiya)

«DÜNYA PRAKTİKASINA ZİDDİR»

Hər hansı bir şəxs böyük auditoriya qarşısında, ictimai məkanda cəmiyyətə təhlükəli hərəkətlərdən danışanda, ən azı, hüquq-mühafizə orqanları həmin adamın şəxsiyyətini öyrənməyə can atır. Bəs messencerlərdə vəziyyət bundan çoxmu fərqlidir?

Hüquqşünasın sözlərinə görə, sözügedən qanun layihəsinin müəllifləri ictimai təhlükəsizlik naminə bütün messencer istifadəçilərinin anonimliyinin aradan qaldırılmasının zəruriliyini vurğulayırlar.

«Ancaq bu, dünya standartları və dünya praktikasına ziddir. Dünya praktikası anonimliyi fundamental insan hüququ kimi tanıyır. Bəli, bu hüquq mütləq deyil. İnsan hüquqazidd hərəkətlər edəndə hüquq-mühafizə orqanları onun şəxsiyyətini müəyyənləşdirmək üçün operativ-axtarış tədbirləri gerçəkləşdirə bilərlər. Onlara heç kim mane olmur», – o deyir.

***Buna da bax-Milyonlarla iranlı senzuranı necə aldadır

«Ancaq burada müəyyən bir risk qrupu da var. Bu, jurnalistlər, bloqqerlər, müstəqil araşdırmaçılar, vətəndaş fəallarıdır. Onlar tamamilə anlaşılan səbəblərdən məlumatların anonim yayılmasına üstünlük verirlər. Çünki onların fiziki sağlamlığına birbaşa təhlükə var...», – Darbinian deyir.

TEXNİKİ İMKANLAR YOXDUR

Mütəxəssisin sözlərinə görə, hal-hazırda Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının messencerlərin trafikini izləməyə texniki imkanları yoxdur.

Bu o deməkdir ki, messencerlər anonim qaldığı müddətdə hüquq-mühafizə orqanlarının hətta terror hücumlarını önləməyə belə operativ tədbirlər keçirmək imkanı yoxdur.

Darbinian deyir ki, hətta belə bir qanun qəbul olunsa belə, bu, dünyada mövcud olan bütün messencerlərə çıxış imkanı vermir. Onun sözlərinə görə, anonimliyini qoruyub saxlamaq istəyən insanlar xarici servislərdən istifadəyə başlayacaqlar.

«Bu qanun layihəsi ilk növbədə istifadəçilərin özlərinə zərbə vuracaq, ancaq əlbəttə ki, onları Rusiyada rəsmən qadağan edilmiş xidmətlərə VPN və proksi-serverlər vasitəsilə çıxış qazanmaq imkanından məhrum etməyəcək», – o deyir.

Mütəxəssis messencerlərin Rusiya hökuməti ilə əməkdaşlığa gedəcəyinə şübhəylə yanaşır:

«Əks halda bu, messencerlərin işlədiyi seqmentdə onların ölümü demək olardı».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG