Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:43

Gənc seçicilər 'Merkel nənə'ni dəstəkləyir


A.Merkel
A.Merkel

Patrick Janota Almaniyanı Angela Merkel-siz təsəvvür etməyə çalışır.

«Mən dünyanı anlayanı onu kansler kimi görmüşəm», – 25 yaşlı, Bavariyadan olan menecment tələbəsi belə deyir.

«The Financial Times» yazır ki, 12 ildir vəzifədə olmağına baxmayaraq, Merkel gələn ay keçiriləcək parlament seçkilərində dördüncü müddətə seçilməkdən ötrü kampaniya aparır. Ancaq gənclərin narazılığının kanslerin seçki kampaniyasına elə də mənfi təsir göstərəcəyi görünmür. Əksinə, kanslerin Xristian Demokrat Partiyası (CDU) gənclərin səsini almağa ümidlidir. Əsas səbəb də odur ki, gənc almanların çoxu veteran kanslerə alternativ görmürlər.

«AÇIQ QAPI» SİYASƏTİ

Janota 2013-cü ildə Merkel-in mühafizəkarlarını dəstəkləyib. Bu seçkidə kimə səs verəcəyini qərarlaşdıra bilməsə də, məsələ ondadır ki, kanslerə meydan oxuyanları da ciddi qəbul edə bilmir. Sosial demokratların lideri Martin Schulz bu sıradadır.

***Buna da bax-ABŞ daha Merkel-in 'dostu' deyil

«Onların heç birini onunla müqayisə etmək mümkün deyil», – Janota deyir.

Qəzet yazır ki, xanım Merkel-in gənc seçicilər arasında nisbətən populyar olması onun sağ-mərkəzçi platformasına dəstək qazandırma bacarığını göstərir. Onun iki il öncə Almaniyaya gələn qaçqınlar üçün «açıq qapı» siyasətində israr etməsi də ona gənclərin rəğbətini qazandıran amillərdən olub.

İkinci Dünya müharibəsindən sonrakı onillər ərzində gənc almanlar adətən sosial demokratlara üstünlük veriblər. 2013-cü ildə Merkel-in şəxsi müraciəti sayəsində CDU 18-24 yaşlılar arasında ən çox səsə sahiblənə bildi.

A.Merkel Xristian Demokrat Partiyasının (CDU) qurultayında
A.Merkel Xristian Demokrat Partiyasının (CDU) qurultayında

57 FAİZ

Budəfəki rəy sorğuları da partiyaya dəstəyin güclü olduğunu ortaya çıxarıb. İyunda «Forsa» təşkilatının keçirdiyi sorğu göstərdi ki, 18-21 yaşlıların 57 faizi Merkel-i kansler kini dəstəkləyir. Bütün seçicilərin isə 53 faizi ona tərəfdar olduğunu bildirib.

***Buna da bax-Almaniya rusiyalı hakerlərə görə seçki səddi qurur

«Kantar Public» rəy tədqiqat mərkəzinin baş direktoru Ulrich Schneekloth deyir ki, gənclər daha çox Yaşıllara və Sosial Demokratlara səs verməyə meylli olublar.

«Ancaq son bir neçə ildə onlar Angela Merkel-i dəstəkləyirlər. Qaçqın böhranı zamanı gənclərin ona dəstəyi digərlərinə baxanda o qədər də azalmadı. Görünür, gənclər onun liberal yanaşmasına tərəfdar idilər».

Mühafizəkarların tərəfdarlarının azalacağından ehtiyatlanan Merkel qaçqınlar və miqrasiyayla bağlı siyasətini nisbətən sərtləşdirib. Ancaq, görünür, gənc seçicilər arasında liberal aurasını saxlaya bilib. Donald Trump-ın ABŞ prezidentliyinə gəlməsi və «America First» siyasəti liberal beyinli gənc almanları kanslerin ətrafında daha çox səfərbər edib.

«AVROPAYA ZİYAN VURUB»

Merkelpərəst yanaşmayla mübarizə aparan SPD-nin fikrincə, kanslerin siyasəti Avropada gənclərə ziyanlı olub.

«Məncə, Angela Merkel o qədər də yaxşı işləməyib», – SPD-nin gənclər qanadının rəhbəri Johanna Uekermann deyir.

«O, Yunanıstana və digər ölkələrə qarşı aşırı qənaət siyasətiylə Avropaya ziyan vurub. İndi həmin ölkələrdə, özəlliklə də gənclər arasında işsizlik yüksəlib», – o söyləyib.

CDU-nun özüysə Merkel-in liberallığının vurğulanmasını istəmir. Partiyanın gənclər hərəkatının rəhbəri Paul Ziemiak deyir ki, kanslerin populyarlığının mərkəzində inam və etibar durur.

Ziemiak-ın fikrincə, 1980-ci illərdən bəri gənclər daha mühafizəkar olublar:

«Gənclərimiz valideynlərinə nisbətən daha çox ənənəvi dəyərlərə diqqət verirlər. Bu, özünü nikah, təhsil və mədəni ənənələrdə göstərir».

XS
SM
MD
LG