Türkiyənin «Hürriyet» qəzeti yazır ki, əslən azərbaycanlı işadamı Mübariz Mənsimov həbs olunub.
O, FETÖ - 2015-ci ildə Türkiyədə çevriliş cəhdi və bu işdə ABŞ-da yaşayan türkiyəli islam alimi Fəthullah Gülənə bağlılığı olmaqda şübhəli olan şəxslər ilə bağlı araşdırma çərçivəsində tutulub.
Qəzetin yazdığına görə, M.Mənsimov meneceri Nuray Nurcihan Perker ilə birlikdə saxlanılıb, martın 16-da axşam saatlarında Çağlayandaki İstanbul Ədalət Sarayına gətirilib.
Daha sonra Nuray Perker məhkəmə nəzarəti qərarı ilə azadlığa buraxılıb. M.Mənsimov isə həbs olunub.
M.Mənsimovun «Palmali» şirkətlər qrupu açıqlamasında Mənsimovun günahsız olduğunu bildirib.