Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 17:11

Məmurların qəbuluna düşənlər ondan razı qalırmı? [video]


"Vətəndaşı razı sal!" deyən prezidentə nazirlər qulaq asırmı?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

"Vətəndaşı razı sal!" deyən prezidentə nazirlər qulaq asırmı? [A-Live]

“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”, – bu sözlər prezident İlham Əliyevə məxsusdur. Onun tapşırığı və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 4 ildir nazirlər qəbul keçirir.

Qarabağ əlili Cəlil Həsənov 1996-ci ildən bəri ona Samux rayonunda sənədlə verilmiş torpağı ala bilmir. Deyir ki, indiyə kimi azı 10 dövlət qurumuna müraciət edib, yüzlərlə məktub yazıb, prezident administrasiyasında qəbul olunduğu günlərin sayını belə itirib:

“Bu böyüklərin qapılarını döyürəm, məni sayan yoxdur. Ombudsman aparatından tutmuş prezident administrasiyasına qədər hər yerə müraciət etmişəm. Prezidentə yazdığım məktublar isə heç ona çatdırılmır. Bir dəfə gedəndə gördüm ki, prezident aparatında bir böyük qutu içi də dolu məktublar. Heç baxmırlar da aparıb, atırlar zibilliyə”.

Buna da bax:​ 'Mən vəkil kimi məmur qapısında 3-4 saat gözləyirəmsə...'

AzadlıqRadiosu Cəlil Həsənovun keçdiyi həyat yolu və 8 sot torpaq uğrunda apardığı 20 illik mübarizədən bəhs edən film hazırlayıb. Bu filmi iyunun 23-dən saytımızdan izləyə bilərsiniz.

Məmurların qəbulundan narazı qalan təkcə Cəlil Həsənov deyil. AzadlıqRadiosu müxtəlif bölgələrdə nazirlərin qəbulu haqda video reportajları olub. Həmin reportajlarda kimi qəbula yazıla bilməməsindən, kimi də şikayətinin həll olunmamasından gileylənir.

Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, məmurların vətəndaşlara xidmət, diqqət və qayğısı yüksək səviyyədə olmalıdır:

Buna da bax:​ Ədaləti necə tapmalı? - Məhkəmə? Yuxarılara şikayət?

“Azərbaycan vətəndaşlarına xidmət, qayğı, diqqət ən yüksək səviyyədə olmalıdır. Mən dəfələrlə vurğulamışam ki, hər bir Azərbaycan məmuru xalqına şərəf və ləyaqətlə xidmət etməlidir”.

İlham Əliyev bu çıxışını Bakıda asan xidmətinin açılışında edib. Prezident vurğulayıb ki, asan xidmət vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşma formasıdır.

ASAN xidmət İlham Əliyevin 2013-cü il 13 iyul tarixli fərmanı ilə Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Bu fərmanın verilməsi 2013-cü ilin yanvarında - İsmayıllıdakı etirazlardan bir neçə ay sonraya təsadüf edir. İlham Əliyev məmurların regionlarda vətəndaşları qəbulu haqda tapşırığı isə 2012-ci ilin martında Qubadakı etirazlardan bir neçə ay sonra verib.

Buna da bax:​ Sahibkar məmur özbaşınalığından 'dad' deyir

Elə bu gün iyunun 20-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabad şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərini qəbul edib. APA informasiya agentliyi nazirin qəbul etdiyi 20 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapdığını yazır. Amma biz nazirlə görüşən vətəndaşların nə qədər məmnun ayrıldıqlarını öyrənə bilməmişik.

Sosioloq Nail Cəlil düşünür ki, vətəndaşlara xidmət, dövlət qulluqçusu və vətəndaş münasibətlərinin keyfiyyətcə yaxşılaşması üçün önəmli addımdır. Lakin o düşünür ki, bəzi hallarda prezidentin bu tapşırığı yetərincə icra olunmur:

Buna da bax:​ Qəbələ sakini: 'Sözüm Kəmaləddin Heydərovadır...'

Sosioloq Nail Cəlil
Sosioloq Nail Cəlil

“Müəyyən islahatlar real olmalıdır. Bir çox keçmiş sovet ölkələrində olduğu kimi Azərbaycanda da şəxsi, maddi maraqlar, tapşırıq kimi hallar qanunu üstələyir. Təəssüflər olsun ki, Azərbaycanda belə halla çoxdur və bu Azərbaycan cəmiyyətinin bəlasıdır”.

Nail Cəlil vurğulayır ki, sosial gərginliyi azaltmaq üçün islahatlar kağız üzərində yox, gerçəkdən aparılmadır.

Buna da bax:​ Kürsüdən «bərk yapışan» məmurlar

Nazirlərin qəbulu haqda öncədən rəsmi qəzetlər və xəbər saytlarında elan yerləşdirilir. Bundan sonra keçiriləcək ərazi üzrə vətəndaşlar qəbula yazılır.

Məmurların qəbuluna düşənlər ondan razı qalırmı? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, məmurların qəbuluna düşmək nə dərəcədə asandır? Siz də bu sualı şərhlər bölümündə cavablaya bilərsiniz:

Süleyman İsmayılov
Süleyman İsmayılov

Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən il AzərTAC-da dərc etdiyi təhlil məqaləsində yazır ki, vətəndaşların müraciətlərinə daimi diqqət və qayğı əsas prioritetdir.

Sosioloq Nail Cəlil isə düşünür ki, vətəndaş-məmur münasibətləri cəmiyyətdə gərginliyin, narazılığın əsas göstəricisidir. Onun fikrincə, cəmiyyətdə narazılığı azaltmaq üçün vətəndaşlarda sosial və hüquqi təminata inam olduqca önəmlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG