Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:36

ABŞ-la Meksika arasında çəkiləcək divarın ilkin qiyməti: 21,6 milyard dollar


Meksika ilə ABŞ arasında divar, 26 yanvar 2017

Üstəlik, onun dörd illik prezidentlik dövrünün çox hissəsi bu divarın tikintisinə gedəcək

Birləşmiş Ştatların prezidenti Donald Trump-ın öz seçki kampaniyasında söz verdiyi ABŞ-Meksika sərhədində tikiləcək divarın qiyməti hesablanıb. Hesablamanı aparmış Daxili Təhlükəsizlik Departamenti (DTD) bildirir ki, divar, ən azı, 21,6 milyard dollara başa gələcək və 3,5 il ərzində hazır olacaq. Hesablamanın hər iki nəticəsi Trump-ın və Konqresdəki bəzi respublikaçı liderlərin bundan öncə apardığı hesablamalardan qat-qat çoxdur.

Buna da bax: Ağ evdə xəbərçi var

2012 KİLOMETRLİK DİVAR VƏ ÇƏPƏRLƏR

“Reuters” informasiya agentliyinin əldə etdiyi daxili sənədə əsasən, divar üç mərhələdə tikiləcək. Söhbət tikintisi 2020-ci ilə qədər başa çatacaq, təqribən 2012 kilometrlik divar və çəpərlərdən gedir. DTD-nin sözçüsü “Reuters”ə deyib ki, departament, barəsində hələ heç bir qərar verilməmiş sənədləri şərh vermək, yaxud onların potensial mövcudluğunu təsdiqləmək fikrində deyil. Ağ Ev də rəsmən prezidentə təqdim edilməmiş hesabat barədə açıqlama verməyə hələ tez olduğunu deyir.

ABŞ prezidenti Donald Trump, Florida, 3 fevral 2017
ABŞ prezidenti Donald Trump, Florida, 3 fevral 2017

Bundan öncə prezident Trump divarın 12 milyard dollara başa gələcəyini demişdi. Konqresin Nümayəndələr Palatasının respublikaçı spikeri Paul Ryan və Senatdakı respublikaçı çoxluğun lideri Mitch McConnellsə bu məbləğin 15 milyard dollar olduğunu demişdilər.

Divarı tikməklə bağlı texniki dəyərləndirmələr aparmaq əvvəldən asan olmayıb. Bu iş Trump-ın "Trump Organization" şirkətinin ucaltdığı hər hansı binanı tikməkdən daha çətindir. Layihənin hətta Müdafiə Departamenti nəzdində federal agentlik olan Mühəndislərin Ordu Korpusunun imkanlarını belə aşacağı bildirilir. Bu qurumun layihələri divardan çox, seldən müdafiə sistemlərini və hərbi obyektləri əhatə edir.

DAHA ÇOX BETON GEDƏCƏK

Bir mühəndis divarla bağlı apardığı hipotetik dəyərləndirmədə belə bir tikilinin üzləşəcəyi çətinlikləri göstərib. Betondan istifadənin son dərəcə çox vaxt aldığını, polad torlarınsa daha çox çəpəri xatırlatdığını deyən anonim mühəndis belə bir irimiqyaslı konstruksiyanın tikintisi üçün yalnız poladla bərkidilmiş betonun yaradığını düşünür. Bu isə ABŞ-Meksika sərhədində çox isti və quru iqlim şəraitində əlavə çətinliklər yarada bilər. İqlim şəraiti digər materialların sementlə kimyəvi reaksiyasına mənfi təsir göstərə bilər. Ümumilikdə, dəyərləndirmələr göstərir ki, "bu divar Hoover Dambasının tikintisinə sərf olunan betondan üç dəfədən çox beton tələb edəcək", – həmin mühəndis deyib. Üstəlik, söhbət təkcə materialın özündən getmir. Betondan əlavə fəhlələr üçün müvəqqəti səyyar şəhərlər salmaq lazım olacaq.

Foto:arxiv
Foto:arxiv

Buna da bax: Paltar reklam edən prezident müşavirinə xəbərdarlıq edildi

Təbii ki, bu problemlər həll edilə bilər. Mühəndislik nöqteyi-nəzərindən divarın tikintisinin qeyri-mümkünlüyü iddia edilmir.

"Reuters"in məlumatında deyilir ki, divarın ilk hissəsi ən kiçik və ən çox görünən layihələrdən biri olacaq. Bu hissə üç yerdə – Kaliforniyanın San Dieqo şəhəri, Texasın El Paso şəhəri və Rio Qrande vadisində təqribən 42 kilometrlik zolağı əhatələyəcək. Divarın bu ilk hissəsinin 360 milyon dollara başa gələcəyini nəzərə alsaq, bu, onun qalan hissələri ilə müqayisədə çox yaxşı qiymətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG